BAXIMLI OYUN, QOLSUZ HEÇ-HEÇƏ . . .

single-news
26 Mar 2006

BAXIMLI OYUN, QOLSUZ HEÇ-HEÇƏ . . .



Oyun başlayan kimi, hər iki klub qol vurmaq üçün irəli atılması matçın gərgin keçəcəyindən xəbər verirdi. Belə də oldu. Kəışfiyyatsız başlayan oyunda ilk qol vəziyyəti 12-ci dəqiqədə yaşandı. Lakin "Qarabağ"lı Fərid Quliyevin zərbəsinin zəif olması hesabı dəyişmədi.14-cü dəqiqədə Azər Məmmədovun asmasından sonra müdafiəçilər topu yan xətdən çıxara bildilər. Künc zərbəsindən sonra isə Mübariz Orucov qapı torunu yandan nişan aldı. 22-ci dəqiqədə Elmirin cərimə zərbəsindən asmasından sonra "Karvan"ın bəxti gətirdi. Mübariz Orucov 100%-li qol imkanından yararlana bilməyərək topu qapının üstündən vurdu. 10 dəqiqə sonra isə eyni epizodda bu dəfə Fərid Quliyev qapıçını cəzalandıra bilmədi. Onun qapıçı ilə təkbətək duelindən qapıçı qalib ayrıldı. 38-ci dəqiqədə Qoqanın zərbəsi dəqiq alınmadı... İkinici hissə də ilk hissə kimi qarşılıqlı hücumlarla keçdi. Əks hücumlarla dəfələrlə rəqibi cəzalandırmaq şansı qazanan "Qarabağ"lılar bundan yararlana bilmədilər. Əvəzində Cahangir Həsənzadənin inamlı oyunu qapımızı da toxunulmaz saxlanmasını təmin etdi ki, bu da matçın qolsuz bərabərliklə bitməsini şərtləndirdi...

Paylaş

// pop up