BAXİŞDA OLAN OYUN QURUCU ...
1 İyl 2006
BAXİŞDA OLAN OYUN QURUCU ...
"Qarabağ" Futbol Klubu Türkiyənin Qızılcahamam şəhəri yaxınlığındakı "Patalya" otelində, təbiətin qoynunda hazırlığın ikinci mərhələsini davam etdirir. Gündəlik iki dəfəlik məşqlər edən Klub heyətdə olan boşluqları da doldurmaq fikrindədir.
Hələ Türkiyəyə yollanmamışdan əvvəl planlaşdırılan oyun qurucu axratışı ideyasını "Qarabağ" FK Türkiyədə reallaşdırmaq fikrindədir. Artıq bu sahədə ilk addımlar da atılmaqdadır. Bir neçə oyunçu baxışa çağrılmaqla onlardan ən yaxşısını seçmək istəyən Baş Məşqçi Böyükağa Ağayev Moldova millisinin oyunqurucusunu baxışa dəvət etmişdir. Bu futbolçu Moldova çempionu, ikiqat Moldova kubokunun sahibi, Son mövsümdə isə Qazaxıstan "Aktobe"si ilə çempionuluq sevinci yaşamış YULİAN BURSUK-dur.Bu gün komanda ilə ilk məşqinə çıxmış futbolçu haqqında son sözü Klubun Baş Məşqçisi Böyükağa Ağayev ilk yoldaşlıq görüşündən sonra bildirəcək. Hələlik isə,
TANITIM:
YULİAN BURSUK ANDREY
1976-cı ildə Moldovanın Kişinyov şəhərində anadan olmuşdur. Futbola 9 yaşından gəlsə də, ilk professional komandası 16 yaşında Kişinyovun "Agra" klubu olmuşdur. 1997-ci ildə "Konstruktor-93" klubuna keçərək orada 2000-ci ilə qədər top qovmuşdur. Bundan sonra isə daha adlı sanlı klub olan "Nistru - Ataki" klubuna transfer olunmuşdur.Ötən mövsümə qədər bu klubun uğurları üçün çalışmış futbolçu son il Qazaxıstanda legioner həyatı yaşamış və Qazaxıstan çempionu olmuşdur.
Moldova Gənclərdən ibarət U-19, U-21, U-23 -lərin heyətində bütün tsikllərdə oynayaraq, son Dünya Çempionatına çıxış üçün Qrup turnirində də Moldova Millisinin şərəfini qorumuşdur. 12 dəfə Əsas millidə top qovan futbolçunun son oyunu Şotlandiya Millisinə qarşı (1-1) keçirilmiş oyun olmuşdur.