“Bayer” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi

single-news
12 Mar 2024

“Bayer” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi



UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” oyununun hakim təyinatları açıqlanıb. Martın 14-də Leverkuzen şəhərindəki “BayArena” stadionunda baş tutacaq görüşə İngiltərədən olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı Anthony Taylor idarə edəcək. Gary Beswick və Adam Nunn baş hakimin köməkçiləri olacaqlar. Andrew Madley dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, martın 14-də “BayArena” stadionunda keçiriləcək “Bayer” - “Qarabağ” görüşü yerli vaxtla 21:00 (Bakı vaxtı ilə saat 23:00-da) başlayacaq.
 
UEFA Avropa Liqası
1/8 final, cavab oyunu
14 mart
03:00. “Bayer” – “Qarabağ”
Baş hakim: Anthony Taylor
Baş hakimin köməkçiləri: Gary Beswick, Adam Nunn
Dördüncü hakim: Andrew Madley
VAR: Stuart Attwell (hamısı İngiltərə)
AVAR: Jarred Gavan Gillett (Avstriya)
Leverkuzen. “BayArena” stadionu
İlk oyun – 2:2

Paylaş