Bədavi Hüseynov rəsmən `Qarabağ`da!!!
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5689.jpg)
31 Avq 2012
Bədavi Hüseynov rəsmən `Qarabağ`da!!!
`Qarabağ`ımız transfer pəncərəsinin son günündə çoxdan planlaşdırdığı transferi nəhayət reallaşdırdı. Daim gənc futbolçulara üstünlük verən komandamız Azərbaycan millisinin şərəfini qoruyan, böyük gələcək vəd edən Bədavi Hüseynovu Rusiyanın `Anji` klubundan transfer edib. 21 yaşlı futbolçu ötən mövsümün gedişindən komandamızın transfer siyahısında idi. Artıq bütün transfer əməliyyatı başa çatıb və Bədavi rəsmən `Qarabağ`ın futbolçusudur. Müadfiəçi ilə 3 illik müqavilə imzalanıb. Bədavi saytmıza verdiyi açıqlamada keçiddən danışdı:`Bilirdim ki, `Qarabağ` keçidimdə çoxdan maraqlıdı. Qurban Qurbanovla bu barədə söhbətimiz olmuşdu. Məni komandasında görmək istədiyini bildirmişdi. `Qarabağ` Azərbaycanın ən güclü klublarından biridir. Daim yüksək yerlər uğrunda mübarizə aparır. Bilirəm ki, burda məni güclü rəqabət gözləyir. `Qarabağ`ın müdafiə xətti olduqca güclüdür. Milli futbolçulardan qurulub. Amma mən də hara gəldiyimi yaxşı bilirəm. Öz üzərimdə daim çalışıb şansımı gözləyəcəm.`