Bədavi Hüseynovun durumuna aydınlıq gəlib
31 Mar 2022
Bədavi Hüseynovun durumuna aydınlıq gəlib
Azərbaycan millisinin heyətində zədələnmiş futbolçumuz Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.
Aparılmış MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsindən sonra futbolçumuzda 1-ci dərəcəli əzələ dartılması aşkarlanıb. Müayinəyə əsasən, Bədavi Hüseynov 10-14 gün məşqlərdən kənar qalacaq.
