Bədavi Hüseynovun son durumu məlum oldu

4 İyl 2019
Bədavi Hüseynovun son durumu məlum oldu
"Viktoriya” ilə yoxlama matçında zədələnən müdafiəçimiz Bədavi Hüseynov tibbi müayinədən keçib. Futbolçumuzun ayağında əzələ dartılması aşkarlanıb. Hüseynov ən azı 5 gün yaşıl meydanlardan kənar qalacaq.
İyulun 10-da Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağımız “Partizani” ilə oyunda müdafiəçinin adının oyunun iştirak ərizəsində olub-olmaması isə həkimlərin son qərarından sonra məlum olacaq.