BƏDXƏRC KRAL...
BƏDXƏRC KRAL...
NURLAN ƏZİZ
Deyirlər, bu həyatda bütün uğurların başında pul dayanır. Elə yəqin futbolda da... Bilmirəm razısız ya yox, amma məncə pul medalın iki üzünün eyni olmadığını bizi daha aydın göstərir. Necə?
Düzü, pul məsələsi bir az qəliz həngamədir. Yəni, bəzilərinin fikrincə dünya müəyyən işarəli əskinasların üzərində qurulub. Kimi üçünsə məqsədlərə uzanmaq üçün bir yoldur. Bu misalları yetərinsə artırmaq olar.
Amma bir balaca pulun başqa mahiyyətinə toxunmaq isətəyirəm ki, hansı ki, pulun eyni zamanda ağılısızlıq və uçuruma yol açan mənbə olduğunu iddia etmək olar.
Müasir dünyada futbol o dərəcədə güc qazanıb ki, istənilən siyasi və iqtisadi qüvvədən daha təsirli vasitəyə çevrilib. Hər halda maraqlı bir tendensiya, iri oliqarxların futbolla böyük sərmayələrlə can atması top oyununa emosional vurğunluqdan irəli gəlmir. Lakin, mən yenə də Abromoviçin “Çelsi”sinin pullarından, Tailandın keçmiş naziri (!) Şinavatranın “Maçester Siti”ni almasından sonra “şəhərlilərin” artıq liderliyə oynamasından danışmaq istəmirəm. Mən pulun artıqlığının (!) verdiyi zərərdən danımaq istəyirəm.
Yəqin xəbəriniz var ki, ötən əsrin ən dahi klubu seçilmiş “Real” klubuna “Kral” ləqəbinin taxılmasının bir səbəbi Madridlilərin İspaniya Kral ailəsi tərəfindən himayəyə alınması ilə əlaqədardır. Tarix boyu, hətta Faşist Diktaturasını quran Frankonun belə “Real”a dəstək verməsi heç də bir mənalı qarşılanmayıb. Hər halda Prineydə “Real” heç vaxt pul sarıdan korluq çəkməyib. Amma, görünür pul çoxluğu əməlli başlı Madriddə cavabdeh olan şəxslərin ağlını başından alıb.
Elə olmasaydı, yəqin attılan addımları götür-qoy edər, nə etdiklərinə diqqət edərdilər. Çoxlarını tanımadığı Pepeyə 30 milyon vermək yəqin, sadəcə “Real” başbilənlərinin ağlına gələrdi. Halbuki, Dünyanın bəlkə də hal-hazırda ən güclü hücumçusu (mənə görə-red) Anriyə görə cəmi 24 milyon avro ödənilirsə adam mat qalmaya bilmir. Özüdə müdafiəçilərin bazarda qiymətinin elə də baha olmamasını nəzərə alsaq “Real” rəhbərliyinin niyə belə addım atdığını başa düşmək çətinlik yaradır. Dərd Pepeylə qurtarsaydı nə vardı ki? “Ayaks”ın 23 yaşlı Sneyderinə 23 milyon avro verməsini azda olsa başa düşmək olar. Deyərik ki, kişinin uşağı prespektiv deyilən zadı düşünürək Sneyderə görə bir torba pul verib. Amma düşüncəyi-zənnimizə görə hollanda görə o qədər pul vermək yenə düzgün eyil. Axı, daim nəticə tələb edən “Real”üçün daim bişmiş oyunçu lazımdır. Nə isə, sneyderi baş düşdük. Yaxşı, futbol ictimaiyyətinə hələ də yad qalan Drentenə verilən 14 milyona nə deyəsən? İnsanlar onun heç hansı mövqedə oynamasından belə xəbəri yoxdur.
Belə götürdükdə, 3 gözəgirən futbolçuya görə “Real” düz 64 milyon (!!!) avro xərcləyib. Halbuki, elə İspaniyanın özündə bu pula ortabab komanda saxlamaq olar. Əslində vurğulamaq istədiyim məqam da odur ki, belə pulların bazarda dövran etməsi ilk növbədə parası az olanların başında çatlayır. Tutaq ki, Drentenin oynaya biləcəyi “Rasinq” klubu ona özünü öldürsən ancaq 5-cə milyon xərcləyə bilər. Amma, “Real” kimi bədxərc klubun pulunu saman kimi tökməsi sonda klublar arasında dərin uçurum yaradır bu da nəticədə birbaşa futbolun nüfuzuna ciddi zərbə vuracaq. Artıq, “Real”ın adı gələn kimi hər kəs qiyməti 2 dəfə artıracaq. Ora gələn futbolçu bir qədər çabaladıqdan sonra artıq məhv olacaq. Görün bu komandaya kimlər gəlib, kimlər gedib? Amma, hətta Bekhem, Fiqu kimi ulduzlar belə bu komanda da özünə yer edə bilmədi. Fikirimi əsaslandıra da bilərəm. Kasilyas başqa “real”da hansısa ulduzun parladığını görmüsünüzmü? Bir tək Raul var, o da ki? Bu qədər.. .Görərsiz...