Bəhlul Mustafazadə Azərbaycanda ilin futbolçusu seçildi
Bəhlul Mustafazadə Azərbaycanda ilin futbolçusu seçildi
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycanda 2023-cü ilin ən yaxşı futbolçusu seçilib. Azərbaycan milli komandasının üzvü “Futbol+” qəzetinin 1999-cu ildən keçirdiyi ənənəvi sorğunun qalibi olub.
Müdafiəçimiz sayca 25-ci yubiley səsverməsində digər futbolçuları böyük fərqlə üstələyib. Komandamızın 26 yaşlı futbolçusu 305 xal toplayıb. Respondentlərdən 66-sı Bəhlulu 1-ci yerə layiq görülüb. Futbolçumuzu 42 iştirakçı ikinci və 23 nəfər üçüncü yerdə göstərib.
Bu il növbəti çempionluğu qeyd edən, UEFA Konfrans Liqasının pley-offunda oynayan, tarixdə ilk dəfə UEFA Avropa Liqasının pley-offuna çıxan “Qarabağ”ın müdafiəçisi milli komandamızda da 6 oyunda forma geyib.
Qeyd edək ki, Mustafazadənin qalibi olduğu səsvermədə komandamızın digər üzvləri də ön sıralarda yer alıblar. İlk dörd pillədə “Qarabağ”ın üç futbolçusu qərarlaşıb. Bəhlulun 1-ci olduğu siyahıda Elvin Cəfərquliyev 3-cü, Toral Bayramov 4-cü olub.