Bəhlul Mustafazadə ilə müqavilə uzadıldı

5 May 2024
Bəhlul Mustafazadə ilə müqavilə uzadıldı
“Qarabağ” futbolçusu Bəhlul Mustafazadə ilə yeni müqavilə imzalayıb. 27 yaşlı müdafiəçi ilə anlaşma daha 3 il müddətinə uzadılıb. Komandamızın arxa xətt oyunçusu 2027-ci ilin yayına qədər “Qarabağ”da forma geyinəcək.
Qeyd edək ki, 2021-ci ilin yayından “Qarabağ”ın şərəfini qoruyan Bəhlul ardıcıl 3 dəfə Azərbaycan çempionu olub. O, cari mövsümdə Premyer Liqanın 18 matçında meydana çıxıb.