Bəhlul Mustafazadə ilkə imza atdı
22 Yan 2026
Bəhlul Mustafazadə ilkə imza atdı
Komandamızın futbolçusu Bəhlul Mustafazadə tarixə düşüb. O, Çempionlar Liqasının əsas mərhələlərində qol vuran ilk azərbaycanlı futbolçu olub.
Müdafiəçimiz buna Liqa mərhələsinin VII turunda imza atıb. Bəhlul “Ayntraxt”la (Frankfurt, Almaniya) qarşılaşmada (3:2) qələbə qolunun müəllifi olub.
Bu, həm “Qarabağ”ın, həm də Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələlərində 15-ci qolu olub. Əvvəlki 14 topu legionerlər vurub.
Qeyd edək ki, Mustafazadənin vurduğu top Azərbaycan klublarının Çempionlar Liqasının təsnifat və əsas mərhələlərində ümumilıikdə 150-ci qolu olub.
