Bekavaç və Samir Musayev "Qarabağ"ın məşqlərinə qatılıb (ÜÇ NÖQTƏ, 10.11.2005)
10 Noy 2005
Bekavaç və Samir Musayev "Qarabağ"ın məşqlərinə qatılıb (ÜÇ NÖQTƏ, 10.11.2005)
KLUB EV OYUNLARINI YENİDƏN SURAXANI STADİONUNDA KEÇİRMƏK NİYYƏTİNDƏDİR
Xəbər verildiyi kimi, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin ilk görüşündə "Xəzər-Lənkəran-2" ilə matçdan sonra "Qarabağ" bütün diqqətini milli çempionatın "Göyəzən"lə növbəti görüşünə yönəldib. Kubok matçından sonra bir gün istirahət edən ağdamlılar yenidən məşqlərə başlayıblar.
Son görüşdə zədə ucbatından heyətə daxil olmayan müdafiəçi Blazenko Bekavaç və hücumçu Samir Musayev də komanda ilə birgə məşq edir. Klub gündə bir dəfə olmaqla Buzovna qəsəbə stadionunda hazırlıqları davam etdirir. Bu arada "Qarabağ"ın ev oyunlarını keçirdiyi Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadionda da təmir işlərinin yekunlaşmaq üzrə olduğu bildirilir. Uzun fasilədən sonra Elxan Abdullayevin yetirmələri növbəti görüşü Suraxanıdakı meydanda keçirmək istəyirlər.