BEKHEM ABŞ-A YOLLANIR
12 Yan 2007
BEKHEM ABŞ-A YOLLANIR
Nəhayət, bütün deyilənlər gercəkliyə çevrildi. Futbol dünyasında meydandakı oyunundan daha çox şou-biznes aləmində fəallığı ilə populyarlaşan Devid Bekhem axır ki, “Real” klubundan ayrılaraq okeanın o tayına üz tutmaq qərarına gəldi. İngiltərə millisinin sabiq kapitanı yayda keşirilmiş dünya çempionatından sonra yığma ilə vidalaşmış üstəlik, fabio Kapellonun gəlişindən sonra 4 ildir şərəfini qoruduğu Madrid “Real”ında əsas heyətdə yerini itirmişdi. “Spays boy” ləqəbli futbolçu bunun müqabilində coxsaylı sponsorlarını itirmək təhlükəsiylə üzləşmiş və bu səbəbdən mövsüm ərzində “Kral” klubundan ayrılacağı barədə müxtəlif şayələrə səbəb olmuşdu.
Belədə 31 yaşlı yarımmüdafiəçinin bir çox futbol ulduzlarının etdiyi kimi karyerasının sonuna yaxın Amerikaya üz tutması başa düşüləndir. ABŞ liqasının nəhənglərindən sayılan “Los-Anceles Qalaksi” buna qədər bir necə dəfə ingilisi sıralarına qatmağa nəhayət yankilər avqust ayından etibarən Devidin oyununu izləmə şansını əldə edəcək.
Bekhemin mətbuat xidməti də yayıaln xəbəri təsdiqləyən bəyənat yayıb.” Həm Avrpadan həm də “Real”dan mənə təkliflər olmuşdu. Lakin yaxınlarımla məsləhətləşdikdən sonra ABŞ-a yollanmağa qərar verdim. Hər şeyə rəğmən, klubun mənə etdikləri üçün hər kəsə minnətdarlığımı bildirirəm. Xüsusilə, məni daim dəstəkləyən azərkeşlərə təşəkkür etmək istəyirəm. Madriddən ayrılsamda ürəyim hər zaman burada olacaq.”
Deyilənlərə inansaq səbəb kar yeni klubuyla 5 illik müqavilə imzalayacaq. Bekhemin yeni klubunun formasını 5 il daşıyacağı söylənilsədə, sazişin maliyyə tərəfləri haqqında bilgi verilmir. Lakin, İngiltərənin “Sun” dərgisinə inansaq Futbolçunun bu müddətdə təxminən 20 milyon avro qazanacağını söyləmək olar.