BEKHEM “ARSENALDA” QALMAYACAQ...

single-news
7 Yan 2008

BEKHEM “ARSENALDA” QALMAYACAQ...



Devid Bekhemin bu ilin əvvəlində vətəni İngiltərəyə qayıdacağı və hətta “Arsenal”ın bazasında məşqlərə başlayacağı məlum idi. “Los Anceles Qalaksi”nin məşhur futbolçusu artıq “topçuların” düşərgəsində idi. Devidin bura gəlişinin əsas məqsədi ABŞ-ın MLS liqasının yeni mövsümünə və İngiltərə yığmasının fevralın 6-da İsveçrə ilə keçirəcəyi yoldaşlıq oyununa daha yaxşı hazırlaşmaqdı. O klub rəhbərliyinin bununla bağlı razılığını çoxdan almışdı. Təcrübəli yarımmüdafiəçi “Arsenal”ın bazasında ilk dəfə cümə günü görünüb. Bu komandanın çalışdırıcısı Arsen Venger “topçular”ın sinəsində “23” rəqəmi yazılan formasında qazona çıxan Devidlə bağlı mümküm söz-söhbətləri dərhal təkzib edib. Fransız mütəxəssis rəhbərliyin Bekhemin xidmətində maraqlı olmadığını xüsusi vurğulayıb: “O sadəcə, formasını bizimlə birgə qorumaqdadır. Bu işdə Bekhemə köməyimizi əsirgəmirik. Yersiz səs-küy qopmasını istəmirik. Necə deyərlər milçəkdən gil düzəltmək niyyətimiz yoxdur. Devid həmişə “Arsenal”a xoş münasibət bəsləməsiylə seçilib. Məhz buna görə də ona fiziki formasını qorumaqda kömək etmək qərarına gəlmişik. Onun sıralarımıza qoşulmasının sirkə çevrilməsini istəmirik. Nə olsun ki, “Arsenal”ın formasında məşq edir?! Devid fevralda mütləq ABŞ-a qayıdacaq. Bu ay onu sıralarımıza qatmaq fikrimiz yoxdur”.  

Paylaş

// pop up