Belçika klubunun baş skautu `Qarabağ`ı izləyəcək
3 Avq 2010
Belçika klubunun baş skautu `Qarabağ`ı izləyəcək
`Qarabağ`ımız futbolçuları Avropa klublarının diqqət mərkəzindədir. Yerli futbolçulardan qurulmuş komandamızın uğurları skautların nəzərindən qaçmayıb. Bu gün klubumuzun düşərgəsinə Belçikanın ən qədim klublarından olan `Gent`dən faks daxil olub. Adıçəkilən klubun baş skautu Groot Gilbertin imzasıyla baş skautun özü oyuna baxmaq üçün Bakıya gəlir. Gilbertin Bakıya `Qarabağ`ımızın bəzi futbolçularını izləmək üçün gəldiyi məlumdur.