Benites 6 ildən sonra. Video

Benites 6 ildən sonra. Video
Rafael Benites `Liverpul`dan ayrılıb. Dünyanın ən güclü çalışdırcılarından sayılan 2004-cü ildən başçılıq etdiyi `qırmızı`larla direktorlar şurasının qərarıyla yollarını ayırıb. İspan mütəxəssisin komandası ötən mövsümü boşa verməsi klub başbilənlərinin belə qərara gəlməsinə səbəb olub. Xatırladaq ki, Rafa 1990-cı ildən sürən çempionluq həsrətinə son qoya bilməsə də, Liverpulun eyniadlı təmsilçisi Çempionlar Liqasında 2 dəfə finala çıxarıb və 2005-ci ildə baş tutmuş məşhur İstanbul finalında `Milan`ı məğlub edərək Avropanın ən güclüsü olmuşdu.
Benites ötən mövsüm ingilislərə 5 illik müqavilə bağlamışdı. Sardiniya adasında istirahət edən 55 yaşlı mütəxəssis İngiltərəyə çağrılıb. Benitesin qovulacağı təqdirdə 16 milyon funt təzminat alacağı söylənilsə də, tərəflər 3 milyonda razılığa gəliblər.
Benitesin `İnter`ə başçılıq edəcəyi gözlənilir.
`Liverpul` - `Milan` 3:3 (İstanbul,2005)