BENİTES YOXSA MAURİNYO???
BENİTES YOXSA MAURİNYO???
Bu gün Nyu-Yorkda “Liverpul”un rəhbərləri Tom Hiks, Jorc Ciletta və komandanın icraçı direktoru Rik Perri bir araya gələcək. Görüşdə “mersisayd” klubunun yeni stadionunun layihəsi və komnadanın baş məşqçisi Rafael Benitesin taleyi ilə bağlı məsələ, “Liverpul”un qeyri-sabit çıxışı və komandanın düşdüyü böhrandan çıxış yolları müzakirə olunacaq. Klub prezidentinin bu addımı heç də baş məşqçinin komandanı tərk edəcəyi kimi başa düşülməməlidir. Benitesin mövsümün sonuna qədər “Liverpul”da qalacağı gözlənilir. Artıq bu ilin yayında ispaniyalı mütəxəssis istefaya göndərilə bilər. Benitesin xidmətində bir sıra klublar maraqlıdırlar. Onun “Bavariya”ya keçəcəyi də istisna olunmur. Yeri gəlmişkən, Münhen klubunun baş məşqçisi Ottmar Hitsfeld yayda postundan uzaqlaşdırılacaq. Boş qalmış baş məşqçi postuna Benitesin gətiriləcəyi bildirilir. Qeyd edək ki, “Liverpul” cari mövsümdə heç də yaxşı təsir bağışlamır. Bu arada Britaniyanın “Guardian” nəşri “Liverpul”un yeni baş məşqçisinin adını açıqlayıb. “Qırmızılar”a Joze Maurinyonun rəhbərlik edəcəyi bildirilir.