BƏRABƏR OYUNDA MƏĞLUBİYYƏT. . .

single-news
18 Sen 2005

BƏRABƏR OYUNDA MƏĞLUBİYYƏT. . .



"KARVAN": 1. Elxan Həsənov,4. Tərlan Əhmədov (k),7. Qoça Trapaidze ,(Cəmşid Məhərrəmov, 86) ,14. Məkan Nəsirov ,(18. Ruslan Əmircanov, 34) ,15. Ernani Pereyra ,16. Fərrux İsmayılov (22. Markus Fereyra, 70) ,17. Yuri Muzika ,23. İsmayıl Məmmədov ,25. Mahir Şükürov ,28. Yakuba Bamba ,32. Nəzər Bayramov . Baş məşqçi: Yunis Hüseynov "QARABAĞ": 1. Vitali Kovalyov ,3. Dmitri Spirin ,4. Vasif Haqverdiyev , 5. Blajenko Bekavaç ,8. Aslan Kərimov (k) ,9. Samir Musayev ,15. Mübariz Orucov ,(14. Fəqan Şahbazov, 72) ,18. Ruslan Musayev,(19. Namiq Yusifov, 63),20. Azər Cabbarov ,21. Sergey Kravçenko ,91. Denis Sokolovski. Baş məşqçi: Elxan Abdullayev. Vərəqələr: Q.Trapaidze, 18 (kobud oyun), M.Nəsirov, (cimulyasiya), A.Kərimov, (kobud oyun) - carı. QOL: Y.Bamba, 16. Matç qarşılıqlı hücumlarla başlandı. İlk qol 4-cü dəqiqədə vurula bilərdi. Lakin Kravçenkonun zərbəsini E.Həsənov tuta bildi. Qolu isə rəqib vurdu. Zərbədən sonra V.Kovalyovun topu tutmasına baxmayaraq əlində saxlaya bilməməsi qolla nəticələndi. Hədiyyəni Bamba böyük məmnuniyyətlə qəbul etdi. Bundan sonra "Qarabağ" D.Sokolovski, S.Kravçenko ilə bir neçə dəfə hesabı bərabərləşdirə, hətta irəli çıxa bilərdi. Lakin gah qapı dirəyi, gah da E.Həsənovun inamlı oyunu buna imkan vermədi. İkinci hissədə isə "Karvan" hesabı qorumaq üçün əks hücumlarda qol vurmaq istəyir, "Qarabağ" isə hücumlarını məntiqi sonluqla tamamlaya bilmirdi.Bun səbəb isə hücumçularımız M.Hüseynovun zədəli, A.Voskoboynikin isə xəstələnməsi idi. Bu sonda hesabın dəyişməməsi ilə nəticələndi: 1:0 və "Qarabağ" ötənilki qələbəsini təkrarlaya bilmədi. Matçdan fotogörüntülərə FOTOQALEREYA bölməsindən baxa bilərsiniz.

Paylaş