BERAYA ƏMƏLİYYAT OLUNDU (FUTBOL+QOL, 04.03.2006)
4 Mar 2006
BERAYA ƏMƏLİYYAT OLUNDU (FUTBOL+QOL, 04.03.2006)
Çempionatın sonuncu turunda "Olimpik"lə qarşılaşmada zədə alan gürcü legioner İrakli Beraya həkimlərin müayinəsindən sonra meydana dönsə də, matçı yarımçıq tərk etməli olmuşdu. Daha sonra keçirilən müayinədən sonra 21 yaşlılardan ibarət yığma komandanın düşərgəsinə də dəvət almış hücumçunun zədəsinin ciddi olduğu üzə çıxdı. Sağ ayağının diz nahiyəsindən zədə alan Beraya bir müddət həkim nəzarətində qalmasının ardından əməliyyat olunmaq məcburiyyətində qalıb. Ancaq forvardın nəinki meydana nə vaxt dönəcəyi, heç fərdi məşqlərə başlamaq vaxtı da dəqiq bilinmir. Buna baxmayaraq, əməliyyatı uğurla keçirən İraklinin yaxın bir neçə həftəyə hazırlıqlara başlayacağı gözlənilir.