BERAYALAR NÖVBƏTİ İLDƏ DƏ "QARABAĞ"DA !!!
BERAYALAR NÖVBƏTİ İLDƏ DƏ "QARABAĞ"DA !!!
Növbəti mövsümün hazırlıqlarına indidən başlayan “Qarabağ” Futbol Klubu artıq bu yöndə il addımlarını atıb. Belə ki, il yarım komandanın şərəfini qoruyan Qoqa və İrakli Bereya qardaşları komada ilə yeni müqavilə imzalayıblar.
Prespektivli futbolçular “Qarabağ”a gəldiyi gündən zədə ucbatından elə də forma geymək şansı əldə edə bilməyiblər. Düzdü, Qoqa ötən ilin “Qarabağ”ın ölkə kuboku qazanmasında əməyi vardı. Lakin cari mövsümün başlanğıcında o da 3 matçdan sonra zədələnmiş İrakliyə qoşuldu.
Lakin hər iki gənc artıq zədə problemini arxada qoyub. Qoqa ikinci dövrədə komandanın bütün oyunlarında çıxış etsədə yarımmüdafiəçi hələ özündən tam razı deyil. ”Düzü, “Qarabağ”da qalmağa görə çox xoşbəxtəm. Xüsusilə, Rasim Karanın başçılığı altında işləyəcəyimə çox məmnunam. Hələ cəmi 22 yaşım var. Baş məşqçimizin təcrübəsi sayəsində daha artıracağıma inanıram. Ümidvaram ki, növbəti mövsüm yüksək yerlər uğrunda mübarizə apararaq, çempionluğu əldə edəcəyik. Komanda da bunun üçün hər bir şərait var. İndi qalır futbol oynayaraq, Rasim Karanın etimadını doğrultmaq.”
Elə İrakli də növbəti mösümü səbirsizliklə gözləyir. Futbola kənardan baxmaqdan bezdiyini bildirən hücumçu qolları sıralayacağına inanır.” Qarabağ” mənim üçün çox şey edib. Bəlkə başqa klub da olsaydım, başıma gələnlərdən sonra heç kim mənə yaxın durmazdı. Amma “Qarabağ” rəhbərlyi ən çətin anımda belə məni yalnız buraxmadılar. Bununla belə etimad göstərdiklərindən sonra uğurlu oyunumla “Qarabağ”a təşəkkür etmək istəyirəm. Rasim Karanın çox güclü məşqçi olduğu bilirəm. Sevinirəm ki, onun rəhbərliyi altında səviyyəmi daha da artırmağa nail olacam.”
Sonda hər iki futbolçu “Qarabağ” azarkeşlərinə müraciət etdi” Bu mövsüm möhtəşəm “Qarabağ” izləyəcəksiniz. Sizə söz veririk, həm İrakli həm də Qoqa əla oyunu sizlərə ancaq sevinc bəxş edəcək”