Berayaların milliləşdirilməsi baş tutmadı (ÇEMPİON, 07.04.2006)

single-news
7 Apr 2006

Berayaların milliləşdirilməsi baş tutmadı (ÇEMPİON, 07.04.2006)



Deyəsən, Beraya qardaşlarının olimpiya yığmamızda oynamaları baş tutmayacaq. Çünki bu futbolçuların adları gənclər yığmasının heyətinə daxil edilməyib. Düzdür, İrakli Beraya hazırda zədəli olduğu üçün onun yığmada oynaması mümkünsüz idi. Qoqa Berayanın heyətə çağırılmaması isə son vaxtlar yaxşı təsir bağışlamaması ilə əlaqədardır. Hər halda yığmanın baş məşqçisi Nazim Əliyev belə deyir. Ancaq gürcülərin yığmaya cəlb olunmamasının daha tutarlı səbəbləri var. Sən demə, bu futbolçuların milliləşdirilməsi baş tutmayıb. Görünür, AFFA “MKT-Araz”ın futbolçusu Yevgeni Şimanla bağlı yaranan qalmaqaldan sonra bu işə daha ehtiyatla yanaşmağa başlayıb. Nazim Əliyev də məhz sənədləşmə ilə bağlı problemlərin olduğu üçün Berayaların gənclər yığmasında oynamalarının hələ ki mümkünsüz olduğunu dedi: “Onların xidmətindən istifadə edə bilməyəcəyik. İrakli zədəli olduğu üçün onu sınaya bilməmişik. Amma Qoqa Belarusla oyunda çox zəif təsir bağışladı. Ola bilsin ki, gələcəkdə onlar əsas milliyə cəlb olunsunlar”.

Paylaş