Bereyanın qisməti (FUTBOL+, 25.02.2006)
25 Fev 2006
Bereyanın qisməti (FUTBOL+, 25.02.2006)
İrakli Berayaya gənclər yığmamızın heyətində Belarus millisinə qarşı debüt etmək qismət olmadı. “Qarabağ”ın şərəfini qoruyan futbolçu “Olimpik”lə matçın ilk yarısının sonlarına yaxın zədələndi ki, bu ona baha başa gəldi. Meydanı xərəkdə tərk edən Berayanın zədəsinin ağır olduğu bildirilir. Və yəqin ki, milliləşən futbolçu daha çox fevralın 28-də belaruslarla qarşılaşmada olmayacağına görə təəssüflənir.
İrakli Beraya: “Hazırda türkiyəli iş adamlarına məxsus olan xəstəxanadayam. Həkimlər zədəli ayağımı rentgendən keçirib. Nəticəsini sabah (bu gün) bildirəcəklər. Hələ ki, yaşıl meydana nə vaxt qayıdacağımı deyə bilmərəm. O ki qaldı millinin heyətində debüt edə bilməməyimə, hər şey qismətdən asılıdı. Sağalandan sonra məşqçilər məsləhət bilsə, məmnuniyyətlə gənclər yığmasının matçlarında iştirak edəcəm”.