BERTİ FOQTS AZƏBAYCANDA
28 Mar 2008
BERTİ FOQTS AZƏBAYCANDA
Uzun müddət davan edən müzakirələrdən sonra nəhayət ki, milliyə kimin başçılıq edəcəyinə qərar verilib. Bu almaniyalı mütəxəssis Berti Foqts olacaq. Artıq bir neçə vaxtdır ki, millimizin bütün oyunlarını izləyən mütəxəssis milliyə başçılıq etməyə razılıq verib. Berti Foqts Litva və Azərbaycan millilərinin qarşılaşmasını canlı izlədiyi halda digər namizədlər bu oyunu izləməyə gəlməmişdilər. Məşqçi ilə oyuna qədər və oyundan sonra da danışıqlar aparılıb. Ancaq müqavilənin aprel ayının ilk 10 günlüyündə imzalanacağı gözlənilir. Son matçda komandaya başçılıq edən Nazim Süleymanov və Qurban Qurbanovun millidə məşqçi vəzifəsində qalıb-qalmayacağına isə Foqts özü qərar verəcək.
