Berti Foqts rəsmi oyunlara 30 futbolçu çağırdı

single-news
24 Avq 2012

Berti Foqts rəsmi oyunlara 30 futbolçu çağırdı



Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunlar üçün heyəti açıqlanıb.  Baş məşqçi Berti Foqts sentyabrın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda İsrail, 4 gün sonra Braqada Portuqaliya ilə görüşə 30 futbolçu çağırıb.

Foqts avqustun 15-də Bəhreyn yığmasına Bakıda 3:0 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşünə çağırdığı 21 futbolçunun hamısına dəvət göndərib. Qalan 9 futbolçu - Aqil Məmmədov, Andrey Popoviç, Nodar Məmmədov, Arif Daşdəmirov, Aqil Nəbiyev, Bədavi Hüseynov, Mahir Şükürov, Nizami Hacıyev və Elvin Məmmədov müəyyən fasilədən sonra milliyə qaytarılıb.

Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Anar Nəzirov (“Qəbələ”), Aqil Məmmədov (“Bakı”), Andrey Popoviç (“Turan”)

Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi “Qarabağ”), Vladimir Levin (“İnter”), Vurğun Hüseynov, Nodar Məmmədov (hər ikisi “Qəbələ”), Elnur Allahverdiyev, Ruslan Abışov (hər ikisi “Xəzər Lənkəran”), Aqil Nəbiyev (AZAL), Arif Daşdəmirov (“İnter”), Bədavi Hüseynov (“Anji”, Rusiya), Ufuk Budak (“Əskişəhirspor”, Türkiyə), Əli Gökdəmir (“Hannover, Almaniya)

Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov (“Qəbələ”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Mahir Şükürov (“Neftçi”), Elvin Məmmədov (“Bakı”), Əfran İsmayılov (“Qarabağ”), Nizami Hacıyev (“İnter”), Cavid Hüseynov (“Adana Dəmirspor”, Türkiyə), Rizvan Umarov (“Elçe”, İspaniya)

Hücumçular: Branimir Subaşiç (“Xəzər Lənkəran”), Vüqar Nadirov, Rauf Əliyev, Vaqif Cavadov (hamısı “Qarabağ”), Ruslan Qurbanov (“Sumqayıt”), Cihan Özkara (“Ərciyəsspor”, Türkiyə)

Paylaş

// pop up