Beş futbolçumuz U-17-də

29 Avq 2024
Beş futbolçumuz U-17-də
Klubumuzun beş futbolçusu Azərbaycanın U-17 millisinə çağırılıb. Rəvan Teymurov, Əli Qazibəyov, Abdulaziz Cabbarlı, Nihat İsgəndərov və Əli İbrahim yığmanın hazırlığında iştirak edəcəklər.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sentyabrın 3-dən 7-dək Bakıda, sentyabrın 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olacaq. U-17 millimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.