`Beşiktaş` qrup lideri kimi növbəti mərhələyə
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5491.jpg)
`Beşiktaş` qrup lideri kimi növbəti mərhələyə
Avroliqanın qrup mərhələsində sonuncu turun oyunlarına start verilib. ilk oyun günündə 6 qrupda 12 görüş baş tutub.
D qrupunun lideri `Sportinq` (Portuqaliya) səfərdə `Latsio`nun qonağı olub. Artıq birinciliyi təmin etmiş `Sportinq` üçün bu oyun formal xarakter daşıyırdı. Növbəti mərəhəyə çıxmağı hədəfləyən `Latsio` isə bu görüşdə mütləq qələbə qazanmalı idi ki, bunu da bacarıb. Qrupun digər matçında isə `Sürix` (İsveçrə) evdə `Vasluy` (Rumıniya) klubunu qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb.
Azərbaycan futbolsevərlərinin bütün diqqəti isə yenidən E qrupna yönəlib. Burada Türkiyənin `Beşiktaş` klubu doğma azarkeşləri önündə İngiltərənin `Stok Siti` klubu ilə qarşılaşıb. Səfərdə keçirilən oyunda rəqibinə 1:2 hesabı ilə uduzan `qara qartal` həmin məğlubiyyətin əvəzini çıxıb. Bununla da, `Beşiktaş` qrupu lider kimi başa vuraraq növbəti mərhələyə vəsiqə qazanıb.
Qrupun digər matçında isə `Dinamo` (Kiyev) klubu evdə `Makkabi` (Təl-Əviv, İsrail) komandası ilə qarşılaşıb. İlk hissədə iki qol vuraraq fasiləyə üstün yollanan Kiyev təmsilçisi fasilədən sonra qələbəni əldən verib. Matçın gedişində 9 nəfərlə qalan "Dinamo" sonda bir xalla kifayətlənib - 3:3.
F qrupunda isə PSJ – `Atletik` (Bilbao) matçı böyük maraq doğururdu. Bu oyunda qələbə qrup liderliyini təmin etmiş `Atletik`dən daha çox PSJ-yə lazım idi. Növbəti mərhələyə çıxamaq şanslarını saxlayan Paris təmsilçisi bu görüşdə mütləq qələbə qazanmalı idi ki, bunu da bacarıb. Lakin qrupun digər matçında isə `Slovan`ın (Slovakiya) evdə `Zalsburq`a uduzması (2:3) PSJ-ni qrupda saxlayıb.
K qrupunda isə `Visla` (Polşa) doğma azarkeşləri önündə qrup lideri `Tvente`ni qonaq edib. Hazırda 6 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan Polşa təmsilçisini növbəti mərhələyə adlamaq üçün yalnız qələbə razı sala bilərdi ki, "Visla" da bunun öhdəsindən gəlib - 2:1. İngiltərənin `Fulhem` klubu isə ilk hissədən sonra məğlub etdiyi `Odense` (Daminarka) komandası ilə sonda 2:2-lik heç-heçə etməklə qrupda qalıb.
Maraqlı görüşlərdən biri də L qrupunda baş tutub. Burada qrup lideri Belçikanın `Anderlext` klubu Rusiya `Lokomotiv`i ilə üz-üzə gəlib. Liderliyini qorumaq üçün meydan sahiblərini bir xal da qane edirdi. Lakin Moskva təmsilçisi isə qrup qalibi olmaq üçün mütləq qələbə qazanmalı idi. Bu görüşdə 5:3 hesabı ilə qalib gələn meydan sahibləri qrupu lider kimi başa vurublar. Qrupun digər matçında isə `Ştrum` (Qraz, Avstriya) evdə AEK-ə 1:3 hesabı ilə məğlub olub.
14 dekabr
Avroliqada qrup mərhələsinin son oyunları
D qrupu
22:00. `Sürix` (İsveçrə) – `Vasluy` (Rumıniya) - 2:0
Qollar: Mayqayraz, 69 (1:0), Baff, 90 (2:0)
22:00. `Latsio` (İtaliya) – `Sportinq` (Portuqaliya) - 2:0
Qollar: Kozak, 42 (1:0), Skulli, 55 (2:0)
S Komandalar O Q H M Xal
1. `Sportinq` 6 4 0 2 12
2. `Latsio` 6 2 3 1 9
3. `Vasluy` 6 1 3 2 6
4. `Sürix` 6 1 2 3 5
E qrupu
22:00. `Beşiktaş` (Türkiyə) – `Stok Siti` (İngiltərə) - 3:1
Qollar: Füller, 29 (0:1), Fernandez, 59-pen (1:1), Pektemek, 74 (2:1), 83 (3:1)
22:00. `Dinamo` (Kiyev, Ukrayna) – `Makkabi` (Təl-Əviv, İsrail) - 3:3
Qollar: Almeyda, 12 (1:0), Qusev, 17 (2:0), 80 (3:3), Vered, 49 (2:1), Atar, 62 (2:2), Dabur, 75 (2:3)
S Komandalar O Q H M Xal
1. `Beşiktaş` 6 4 0 2 12
2. `Stok Siti` 6 3 2 1 11
3. `Dinamo` (Kiyev) 6 1 4 1 7
4. `Makkabi` (Təl-Əviv) 6 0 2 4 2
F qrupu
22:00. PSJ (Fransa) – `Atletik` (Bilbao, İspaniya) - 4:2
Qollar: Aurtenetxe, 3 (0:1), Pastore, 21 (1:1), Bodmer, 41 (2:1), Lopez, 56 (2:2), Perez, 85-avtoqol (3:2), Hoarau, 90-pen (4:2)
22:00. `Slovan` (Slovakiya) – `Zalsburq` (Avstriya) - 2:3
Qollar: Lasni, 3 (1:0), 6 (2:0), Yantşer, 19 (2:1), Leonardo, 24 (2:2), Had, 52-avtoqol (2:3)
S Komandalar O Q H M Xal
1. `Atletik` (Bilbao) 6 4 1 1 13
2. `Zalsburq` 6 3 1 2 10
3. PSJ 6 3 1 2 10
4. `Slovan` (Bratislava) 6 0 1 5 1
J qrupu
00:05. `Styaua` (Rumıniya) – AEK (Kipr) - 3:1
Qollar: Rusesku, 55-pen (1:0), Pintado, 61 (1:1), Nikoliç, 70 (2:1), 85 (3:1)
00:05. `Makkabi` (Hayfa, İsrail) – `Şalke` (Almaniya) - 0:3
Qollar: Bulyat, 7-avtoqol (0:1), Marika, 84 (0:2), Vieqel, 90 (1:3)
S Komandalar O Q H M Xal
1. `Şalke` 6 4 2 0 14
2. `Styaua` (Buxarest) 6 2 2 2 8
3. `Makkabi` (Hayfa, İsrail) 6 2 0 4 6
4. AEK (Kipr) 6 1 2 3 5
K qrupu
00:05. `Visla` (Polşa) – `Tvente` (Hollandiya) - 2:1
Qollar: Qarqula, 12 (1:0), De Yonq, 39 (1:1), Genkov, 46 (2:1)
00:05. `Fulhem` (İngiltərə) – `Odense` (Danimarka) - 2:2
Qollar: Dempsey, 26 (1:0), Fray, 31 (2:0), Andreasen, 64 (2:1), Fall, 90+3 (2:2)
S Komandalar O Q H M Xal
1. `Tvente` 6 4 1 1 13
2. `Visla` (Krakov) 6 3 0 3 9
3. `Fulhem` 6 2 2 2 8
4. `Odense` 6 1 1 4 4
L qrupu
00:05. `Anderlext` (Belçika) – `Lokomotiv` (Moskva, Rusiya) - 5:3
Qollar: İqnatiev, 21 (0:1), Klyestan, 33 (1:1), Matos, 39 (2:1), Vasilevski, 57 (3:1), Suarez, 61 (4:1), Sıçev, 69-pen (4:2), 89 (5:3), Gillet, 78 (5:2),
00:05. `Ştrum` (Qraz, Avstriya) – AEK (Yunanıstan) - 1:3
Qollar: Manolas, 10 (0:1), Burns, 43 (0:2), Kainz, 59 (1:2), Klonadiris, 77 (1:3)
S Komandalar O Q H M Xal
1. `Anderlext` 6 6 0 0 18
2. `Lokomotiv` (Moskva, Rusiya) 6 4 0 2 12
3. AEK (Yunanıstan) 6 1 0 5 3
4. `Şturm` (Qraz, Avstriya) 6 1 0 5 3