"BEŞİKTAŞ" "XƏZƏR LƏNKƏRAN"I DARMADAĞIN ETDİ...
"BEŞİKTAŞ" "XƏZƏR LƏNKƏRAN"I DARMADAĞIN ETDİ...
İstanbulun "İnönü" stadionunda Oktay Dərəlioğlu şərəfinə "Beşiktaş" və "Xəzər Lənkəran" komandalarının iştirakı ilə vida görüşü küçirilib. Məhz adı çəkilən bu iki klubda futbolçu vaxtılə forma geyinib.
Məlum olduğu kimi bu cür matçlar adətən heç-heçə ilə bitir. Ancaq matçın sonunda bəlli oldu ki türklər "Xəzər Lənkəran"la heç-heçə oynamaq üçün qarşılaşmamışdılar.
4:0 - yoldaşlıq görüşü bu hesabla başa çatdı. Qarşılaşma zamanı iki dəfə Nobre, hərəyə bir dəfə İbrahim Toraman və Saim Çelik fərqləndilər.
Həmçinin bu cür qarşılaşmalarda səbəbkar hər iki komanda heyətində çıxış edir. Amma Oktay Dərəlioğlu təkcə "Beşiktaş"ın formasını geyinməklə kifayətləndi. Onu da qeyd edək ki, Oktay 16-cı dəqiqədə başqa bir futbolçu ilə əvəz edildi.