BEŞİKTAŞIN HAQQINI YEDİLƏR
BEŞİKTAŞIN HAQQINI YEDİLƏR
“Beşiktaş” baş hakim İsmət Arzumanı “Fənarbaxça”ya məğlubiyyətin əsaə səbəbkarı qismində görür. Hakimin İquaynın vurduğu qolu qeydə almaması böyük müzakirələrə səbəb olub. Oyun zamanı isə həmin qərardan sonra “Beşitaş”lı futbolçularla “Fənər”lilər bir-biriylə mebahisə etməyə başladı və qonaqlar Arzumana təpki göstərdi.
Həmin epizodun qəhrəmanı, kobud oynadığına görə hakimin fit çaldığı Bobo isə matçdan sonra belə danışıb: “Başımız qarışmışdı. Xüsusilə səfərdə əcaib hadisələrlə üzləşirik. “Ankaraspor” matçında da qolumuzu “yemişdilər”. Sayılmayan qol epizodunda hava mübarizəsinə girdim. Mənimlə bərabər topa yüksələn futbolçu da oyuna davam etdi. Heç bir fit səsi eşitmədim. İndiyə qədər bir çox turnirlərdə olmuşam, bir sıra çempionatlarda çıxış etmişəm. Ancaq ilk dəfədir bu qədər bərbad hakimlik görürəm”.
Klubun rəsmi internet səhifəsində “Hakimin qərarıyla “Fənarbaxça” qələbə qazandı” sərlöhvəsiylə verilən bəyanatda deyilir: “Fınırbaxça”nın yun ərəfəsində vediyi açıqlamayla ağır tənqitlər yönəltdiyi İsmət Arzuman bundan təsirlənərək onların dediklərini reallaşdırdı. “Fənərbaxça” “Beşiktaş”ı Kadıköydə 7 il sonra ancaq bu şəkildə devirə bildi”.
Klubun baş meneceri Sinan Əngin isə əsas komandanı superliqadan çəkəcəklərini bildirib: “İlk turdan başlayaraq daim hakim səhvləri ilə üzləşirik. Meydanda can qoyan bu futbolçuların haqqını necə qoruyqcqğıq? Son dəqiqədə vurduğumuz, ancaq qeydə alınmayan qol epizodunda heç bir kobudluq olmadı. Artıq komandamızı liqadan geri çəkirik. Başqan Yıldırım Dəmirörən də qərar verdi. “Sivasspor” matçından etibarən qarçılaçmalara əvəzedici komandayla çıxacağıq. “Fənərbaxça”lılar matçdan əvvəl hakimlə bağlı bir sıra şylər danıçdı. Bu gün vəziyyətə baxıb biz nə deyək? Onlar da bizə haqq qazandırdılar. Azarkeşləri toplayıb federasiya binasının qarşısında yürüşmü keçirək? Hakimlər artıq ağlını başına toplamalıdır”.
“Beşiktaş”ın prezidenti Yıldirım Dəmirörənin vediyi tarixi açıqlama isə aşağıdakı kimidir: “Affan Keçəci “Beçitaş”ı təmsil edəcəyəm” deyərə federasiyaya üzv oldu. İndi başa düşdük ki, TFF-də heç bi varlığı hiss olunmur. İstefa verməsini istəyirik. Eyni zamanda İsmət Arzumanın da hakimliyiburaxmasını gözləyirik. Türkiyədə 2 komanda yaratmağa çalışırlar. Qətiyyən imkan vermərik. “Beşiktaş” böyük klubdur.... İdarə heyyətimizə, məşqçi korpusumuza və oyunçularımıza güvənirəm. “Sivasspor”la matça əvəzedici komandayla çıxacağıq. Azarkeşlərimizə səslənirəm: qətiyyən həmin oyuna gəlməyin. Spponsorlarımız bu üzdən bizdən əl çəkəcəksə,qoy çəksin. Önəmli deyil. Türkiyə “Beşitaş”sız “Beşiktaş” Türkiyəsiz ola bilməz. İsmət Arzuman hakimliyi buraxmasa, Affan Keçəci istefa verməsə, oyunlarımıza əvəzedici komamdayla çıxmaqda davam edəcəyik. Türkiyədə çempionluq yolunda cəmi iki rəqibimiz var və hər ikisiylə derbidə hakimlər bizi sözün əsl mənasında qətlə yetirdi”.