Beşinci günü iki məşqlə tamamladıq

16 Yan 2020
Beşinci günü iki məşqlə tamamladıq
"Qarabağ"ımız Antalyada təlim-məşq toplanışını davam etdirir.
Hazırlığın beşinci günü iki məşqlə geridə qalıb. Günün ilk məşqi yerli vaxtla saat 11:30-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçularımız hazırlıq prosesində fiziki təmrinləri yerinə yetirib.
Günün ikinci məşqi isə yerli vaxtla saat 17:30-da start götürüb və təxminən bir saat yarım davam edib. Hazırlıqda fiziki çalışmalara üstünlük verilib. Sonda isə toplu çalışmalarla məşqə yekun vurulub.
Komandamızın sabah üçün bir məşqi nəzərdə tutulub.