BƏXT "BAKI"YA XAL GƏTİRDİ . . .

single-news
29 Sen 2006

BƏXT "BAKI"YA XAL GƏTİRDİ . . .



İlk dəqiqələrdən rəqibi topsuz qoyan komandamız hissənin ortalarına yaxın bütünlüklə üstünlüyə yiyələndilər. Buna qədər isə 5-ci dəqiqədə Aslanın uzaq məsafədən zərbəsi,13-cü dəqiqədə isə Elmir Xankişiyevin keçidi təhlükəli alındı. İlk real qol imkanını da "Qarabağ" yaratdı. 18-ci dəqiqədə Romalın mükəmməl ötürməsindən sonra Elmir qapıçı ilə təkbətək qaldı. Lakin uzaq küncə göndərilmiş topu qapıçı barmaqlarının ucu ilə çıxara bildi. 41-ci dəqiqədə Elmir Xankişiyevin daha bir zərbəsi də təhlükəli alındı. Lakin müdafiəçilər topu küncə çıxara bildilər. Hissənin son dəqiqəsində isə çempionun bəxti gətirdi. Samir Abbasovun mükəmməl ötürməsini Romal Hüseynov sadəcə qapıya yönəltməli idi. Lakin top gözlənilmədən qapının üstündən keçdi... İlk hissə 0-0 başa çatdı... İkinci hissə də eyni ssenari üzrə davam etdi. "Qarabağ" futbolçuları meydanın hər bir qarışı uğrunda mübarizədə rəqibdən üstün futbol oynaması qol vəziyyətlərinə gətirib çıxarırdı. 53-cü dəqiqədə belə hücumlardan birində Romalın asmasını Samir başla qapıya yönəltsə də qapıçı topu tuta bildi. Az sonra Kənan qapıçı ilə təkbətək qalsa da yenə də Sissoko mükəmməl oynadı. 68-ci dəqiqədə yenə də Romalın ötürməsini bu dəfə Kənan başla qapının üstündən vurdu... Bütünlüklə üstün oyundan sonra çempion 1 xal qazandı, komandamız isə iki xal itirməsinə təəssüfləndi...

Paylaş

// pop up