Bəxtiyar Soltanov rəsmən `Qarabağ`da!!
21 İyn 2011
Bəxtiyar Soltanov rəsmən `Qarabağ`da!!
`Qarabağ`ımız 2011-12 mövsümü öncəsi ilk transferini reallaşdırıb. Daim transfer siyasətinə həssas yanaşan klubumuz yeni futbolçusuyla öz dəst-xəttinə bir daha əməl etdi. Azərbaycan futbolunun ən perspektivli futbolçularından sayılan, bütün yaş qrupları üzrə millilərin formasını geyən, ermənilər üzərində tarixi qələbənin memarı olan Bəxtiyar Soltanov artıq rəsmən `Qarabağ`da. 22 yaşlı forvardla klubumuz 2 illik müqavilə bağlayıb. Bəxtiyar `Qarabağ`da 9 nömrəli futbolkanı daşıyacaq. Bəxtiyar `Qarabağ`a keçdikdən sonra saytımıza ilk təəssüratlarını bölüşüb:``Qarabağ` kimi böyük kluba gəldiyimə görə məmnunam. Bu gün `Qarabağ` ən çox sevilən Azərbaycan klubudur. Bunun əsas səbəbi xeyli yerli futbolçunun çıxış etməsidir. Futbolçuların əksəriyyəti ilə yaxşı münasibətim var. `Bakı` klubuna öz təşəkkürümü bildirirəm. Üzərimdə əməkləri var. Amma bu gündən karyerama yeni səhifə açıram. Cəmi 22 yaşım var. İnanıram ki, karyeramın ən yaxşı illəri hələ qarşıdadır. Qurban Qurbanov kimi baş məşqçiylə çalışmaq özü bir əlavə üstünlükdür. İnanıram ki, onun başçılığı altında daha da `artıracam`.
`Qarabağ` son illərdə Avrokubokda uğurlu çıxış edir. İndi mənim də üzərimə məsuliyyət düşür. Uğurlu çıxışımızı davam etdirmək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. `Qarabağ`lılar məni olduqca isti qarşıladı. Azarkeşlərə bildirmək istəyirəm ki, meydanda tərinin son damlasına kimi vuruşan Bəxtiyar görəcəksiniz.`
Xatırladaq ki, Bəxtiyar dünən gecə Qızılcahamama gələrək komandanın düşərgəsinə qoşulub. 22 yaşlı forvard artıq ilk məşqinə də çıxıb.