Bəxtiyar Soltanov:`Özümüzə inam yaranmışdı`

single-news
27 Fev 2012

Bəxtiyar Soltanov:`Özümüzə inam yaranmışdı`



`Qarabağ`ımız qış fasiləsində sonra çempionata əla start verdi. `Bakı` və `Kəpəz`lə oyunlarda ardıcıl 2 qələbə qazanan komandamız 4-cü pillədə möhkəmləndi. Komandamız hər iki oyunda hücum futbolu nümayiş etdirməklə futbolsevərləri baxımlı futbol vəd etdi. `Qarabağ`ımızın ön xəttində çıxış edən Bəxtiyar Soltanov da hər 2 oyunda start  heyətində meydana çıxıb xoş oyunla diqqəti cəlb etdi. 22 yaşlı forvard saytımıza həm `Qarabağ`ın, həm də öz çıxışını dəyərləndirib:`Qış fasiləsində yaxşı hazırlaşmışdıq. Keçirilən təlim-məşq toplanışı zamanı güclü rəqiblərlə oynamışdıq. Özümüzə inam yaranmışdı. `Bakı`yla ilk oyunda çoxları hesabın gözlənilməz olduğunu söyləyirlər. Amma biz öz oyunumuzu tapanda, meydan da yaxşı olsa belə qələbələr qazanmağımız çətin deyil. Hesab daha da böyük ola bilərdi. Amma əsas odu ki, hər kəs oynadığımız futboldan zövq ala bildi. Hər halda olduqca güclü komandaya qarşı oynayırdıq. Biz onları zəif olduqları üçün deyil yaxşı oynadığımız üçün belə uda bildik.  `Kəpəz`lə oyun daha çətin keçdi. Çünki, 2-ci top heç cür qapıdan keçmirdi, üstəlik, gəncəlilər sona qədər döyüşdü. Əsas odu ki, 3 xalı qazana bildik. Biz də meydana kimin çıxmasının önəmi yoxdu. Əlbəttə, hamı ilk `11`likdə  olmaq istəyir. Amma komanda üçün ən yaxşısını baş məşqçi bilir. Qurban müəllim mənə şans verəndə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Qurban müəllim hamıdan maksimum yararlanmaq istəyir. Vaqifin gəlişiylə rəqabət güclənib. Amma bu bizim xeyrimizədi. Yenidən milliyə dəvət almağım məndən asılı deyil. Təbii ki, hamı əsas komandanın formasını geyinmək istəyir. Qarşıdan 2 `ev` oyunu gəlir. Çalışmalıyıq ki, AZAL və `Simurq`la oyunlardan 6 xal götürək. Belə də medallar uğrunda mübarizə qoşula bilərik. Amma son 2 oyunumuz heç də asan olmayacaq. `6`lıqdan danışmaq hələ tezdi. Orda hər oyun 6 xal dəyərindədi.`

Paylaş

// pop up