Bəxtiyardan ilk. O, qol vuranda...
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
Bəxtiyardan ilk. O, qol vuranda...
`Qarabağ`ımız premyerliqanın XV turunda `Turan`la qarşılaşdı. Gərgin keçən qarşılaşmada komandamız 1:0 hesabıyla qələbə qazandı. Görüşün startlndaca Bəxtiyar Sioltanovun vurduğu qol oyunda həlledici oldu. Qələbə topunun müəllifinin Bəxtiyar olması maraqlı bir məqamı ortaya çıxardı.
Belə ki, tovuzlularla oyunda qol vurmaqla Bəxtiyar cari mövsüm bir ilkə imza atdı. 22 yaşlı forvard `Qarabağ`ımızın heyətində 3 `cəbhə`də - Avroliqa, premyerliqa və kubokda fərqlənnə ilk futbolçu kimi fərqləndi. Soltanov ilk dəfə Avroliqada fərqlənib. `Qarabağ`ımızın heyətində debüt etdiyi maçda `Banqa`nın qapısına 4-cü topu vurub. Maraqlıdı ki, Soltanov avrokuboklarda ölkəmiz daha bir əlamətdar qələbənin müəllifi olub. III mərhələdə `Brügge`ylə oyunda qələbə gətirən qolun müəllifi məhz Bəxtiyar olub. Ölkə kubokunun 1/8 finalında `Sumqayıt-Şəhər`lə oyunda darmadağının (3:0) əsasını qoyan gənc `qol`çu premyerliqada qol vurmaq üçün `Turan`la oyunu `gözlədi`. Tovuzlularla oyunda qol vurmaqla bütün `cəbhə`lərdə qol sevincini `daddı`.
Maraqlıdı ki, Bəxtiyarın qol vurduğu oyunlarda `Qarabağ` qələbə qazanmaqla yanaşı qol da buraxmır (`Banqa` - `Qarabağ` 0:4, `Qarabağ` - `Brügge` 1:0, `Qarabağ` - Sumqayıt-Şəhər 3:0, `Turan` - `Qarabağ` 0:1). Maraqlıdı ki, ilk turda `İnter`lə oyunda Bəxtiyarın qol ötürməsi tendensiyanı dvam etdirib (1:0)
Üstəlik, Bəxtiyar ümumilikdə 4-cü qolunu vurmaqla cari mövsüm eyni sayda qol vuran Rauf Əliyev (1 AL, 3 çempionat) və Əfran İsmayılova (3 çempionat, 1 kubok) çatdı.
`Qarabağ` FK Mətbuat Xidməti