BƏYANAT

single-news
26 May 2008

BƏYANAT



Azərbaycan premyerliqası artıq sona çatmaqdadır. Cari birincilik gərginliyi və marağı ilə hələ uzun müddət xatirələrdən silinməyəcək. Çempionun kim olacağının bəlli olacağı son tur “Qarabağ” Futbol Klubu üçün çox önəmlidir. Belə ki,  komandımız sonuncu turda çempionluğa ən yaxın olan “Olimpik” kollektivinin qonağı olacaq. Hər zaman dürüst, namuslu və futbolu ancaq yaşıl meydanda oynayan “Qarabağ” komandası yenə də rəqib indən asılı olmayaraq meydana qələbə əzmi və 3 xal şüarı ilə çıxacaq.  Çempionluq uğrunda mübarizə aparan başqa bir namizəd “İnter” in qızıl medal üçün real şansının olduğunu nəzərə alsaq ölkə futbol gündəmində yetərincə söz-söhbət yaranmışdır. “Qarabağ” Futbol Klubunu idman prinsipləri zəminində kimin çempion olması maraqlandırmır. Və “Qarabağ” FK-nın dürüstlüyü, futbol fəlsəfəsi də hər kəsə bəllidir. Lakin, son turda oyun vaxtlarının məlum olması “Qarabağ” FK-nın haqq səsini ucaltmağa səbəb oldu.

Belə ki, dünya praktikasında məlum olduğu kimi adətən sonuncu tur(lar) ədalətli olaraq nəinki eyni gündə hətta eyni saatda keçirilir. Məsələn, cari futbol ilində bütün sonuncu turlar əhəmiyyətindən asılı olamayaraq eyni saata təsadüf edib. Hətta İtaliya və Almaniya da son 3 tura eyni prinsip şamil olunub. Amma, Azərbaycan birinciliyində sonuncu turun oyunu üçün bir qədər gözlənilməz qərar qeydə alınıb. Belə ki, sonuncu prinsipial matçları “Olimpik” – “Qarabağ” və “İnter” – “Qəbələ” oyunlarının  başlanma saatı eyni vaxta təyin olunmayıb. “Qarabağ” Futbol Klubu AFFA-nın da sırf ədalətli idman prinsiplərinin tənzimlənməsinə nail olmaq, və tərəflərin hüquq bərabərliyini təmin etmək istədiyini nəzərə alıb ölkədə ən yaxşı ot örtüyünə malik olan Suraxanı qəsəbə stadionunu son 3 oyunun eyni vaxtda keçirilməsinə imkan yartmaq üçün AFFA-ya dəstək verməyə hazırdır. Üstəlik, “Nefçi” – “ABN-Bərdə” matçının baş tutmama ehtimalının olduğunu nəzərə alsaq Tofiq Bəhramov stadionunun da imkanlardan istifadə etmək mümkündür, oyunların eyni vaxtda keçirilməsi üçün.

  nəhayət,  “Qarabağ”ın oyunu 17:00-dan 16:00-a keçirilməsi də bir qədər doğru olmayan qərar təsərrüatını bağışlayır. 35 dərəcə isti altında oyunun keçirilməsi böyük həyəcan yaradan, bütün ölkə futbol ictimaiyyətinin diqqətini yönələcəyindən belə bir iqlim şəraitində mübarizənin heç də istənilən kimi alınmaması ehtimalını da unutmaq lazım deyil. Əgər, oyunlar eyni vaxtda baş tutmasa da belə, istənilən halda “Qarabağ” Futbol Klubu şəxsi görüşünün 17:00-da keçirilmə istəyini bildirir. Təbii ki, AFFA-nın məqsədinin də ölkə futbolunun tərəqqisinə çalışdığından “Qarabağ” FK-nın ədalətli və idman prinsiplərinin təminatçısı təkliflərinə real və obyektiv baxacağına şübhə etmir.

Bir daha təkrar edirik. Məqsədimiz sırf “Qarabağ”ın təmizliyi, dürüstlüyünü ictimaiyyətə çatdırmaqdır. Qoy, layiq olan qazansın. Amma, “Qarabağ” Futbol Klubu hər zaman meydana qələbə qazanmaq üçün çıxdığını bildirir və bir daha yarana biləcək söz-söhbətləri aradan qaldırmaq üçün lazım olan hər bir şeyi etməyə razı olduğunu bildirir.

 

 

Paylaş

// pop up