BƏYANAT

single-news
18 Noy 2008

BƏYANAT



Azərbaycanda idman kütləviləşməsi geniş vüsət alıb. Heç şübhəsiz,  dövlətimizin dəstəyi nəticəsində yüksələn bu tendensiya heç də bir xətt üzərində inkişaf etmir. Bu gün getdikcə artan populyarlıq ölkə insanın idmana xüsusiylə futbola artan marağının fərqli sferada gündəmi zəbt etməsidir.
Belə bir durumda, qloballaşan sivilizasiyanın təsiri ölkə idman təbəqəsindən də yan keçmir. Artıq, ölkə insanı hər gün yeni fəaliyyətə başlayan nəinki qəzetin, eyni zamanda idman portalllarının sorağını eşidir. Təbii ki, bütün bunlar müəyyən inkişafın göstəricisidir. Və ölkə idmanın inkişafını arzulayan hər bir insan bundan ancaq məmnuniyyət duya blər. Təbii ki, qəzetlərin,  elektron portalların sayının artması kütləvi ehtiyacın zərurəti yaradır. Onu da qəbul edirik ki, sayın çoxluğu,  oxucuya operativ, sağlam xəbər vermək rəqabət tələb edir.

Belə bir sıx rəqabətin olması istər qəzetlərin, istərsə də eletron portalların operativ çalışmaya vadar edir ki, uzun müddət rəqabətsizlik səbəbindən meydanda tək qalan qəzet və ya hər hansısa bir portal yeni rəqabət dönəmində rəqiblərinə uduzmasını həzm etməyi təəssüf ki, bacarmır.

Artıq zaman dəyişib. Günün tələbləri oxucucuların şüurları markanın deyil lazımi informasiyanı dəqiq, operativ formada qəbulunu aşılayır. “Marka”  damğası altında gizlənənlər isə keçmişin xatirələrinin ilə istisiylə yaşamaqdadırlar.

“Qarabağ” Futbol Klubu daim istər futbol meydançasında, istərsə də kənarda daim ədalət, peşəkarlıq və dürüstlük meyarlarına sadiq qalmağı özünə borc tutub. Mətbuatı Azərbaycan futbolu inkişafı naminə özünə dost bilən klubumuz daim  bunun ən sadiq örnəklərini nümayiş etdirib. Lakin,  bu günlərdə yuxarıda qeyd etdiymiz rəqabətə davam gətirməyərək  informasiya müharibəsində uduzan həmin vaxtı “ötmüş” markalar məğlubiyyətlərini kənar amillərə “sığortalamağa” çalışırlar.

Qeyd etdiyimiz kimi, klubumuz “fair play”in şüarını əldə tutaraq premyerliqanın şəffaf, güzəştsiz lakin sağlam rəqabət kriteriyaları çərçivəsində mümkün olanın ən yaxşısını etməyə çalşıb. Amma  rəqabətdə tənəzzülə uğramış “marka”nın məğlubiyyətlərini iki dost klubun “Qarabağ” və “Xəzər-Lənkəran” arasında qarşıdurma yaratmaq cəhdləri  fiaskolarının ört-basdır etdirilməsindən başqa bir şey deyil.

İstər “Qarabağ”, istərsə də “Xəzər-Lənkəran” Futbol Klubları Azərbaycan futbolunun inkişafı üçün ən yaxşısını etməyə çalşırlar.  Hər iki klub Azərbaycan premyerliqasının rəngarəngliyi, inkişafı üçün etdikləri  hər 2 klubu  eyni məqsədlər uğrunda birləşdirir.

Bu dünyada heç kim əbədi deyil. Adlar gəlib keçəcək, həm “Qarabağ” həm də “Xəzər-Lənkəran” tarixin yaddaşında heç vaxt unudulmayacaq.  Həftəsonu baş tutacaq oyun nə qədər prinsipial olsa da həmin oyun premyerliqanın 26 oyunundan biridir. İnanırıq ki, qarşı tərəf də eyni prinsipə sığınır və klubumuzun dostluq əlini qəbul etməyə hazırdır.

Bu ölkədə hər bir vətənini, idmanının beynəlxalq uğurunu düşünən vicdanlı jurnalist, qəzet, portal kimi “Qarabağ” da, “Xəzər-Lənkəran” da məhz həmin o vicdanın səsiylə hərəkət edir.

Vətən sevgisiylə alışan bir jurnalist, portal, qəzet xalqı üçün öz təfəkkürünü, saf niyyətini sərf edir. Eyniylə, klublar da çəkdikləri xərcin qarşılığında bir qəpik belə qazanc götürməməsinin arxasında tək bir şey dayanır: Futbolumuza hər kəs bacardığı kimi xidmət göstərmək.

Düzdü, “qara piar”lar da “xidmət” edir. Acizliklərinə “qara piar” damğası vurmaqla. Zaman ən böyük güzgüdür.  Əlahəzrət armudun başında aparılan min oyun elə  “qara piar”dır. “Qara piar”lı armudun hər halda qiyməti başqalarından daha bahadır.

Əslində “qara piar” kimi klubumuza qara yaxan portal və qəzetin quyruğunun nə qədər uzun olmasına baxmayaraq yala batırmaqdan başqa bir şey deyil. Çünki, yal nə qədər şirin olsa da yalverənin “artığı”dır.

O da məşhur bir deyimdir ki, ətlə dırnağın arasına girən iylənib çıxar. Nəinki “Xəzər-Lənkəran”la eyni zamanda  bütün klublarla dostluq, saf mübarizə prinsiplərinə üstünlük verən  klubumuz sona qədər bu siyasətini dəstəkləyəciyini bir daha bəyan edir. 

 

Paylaş

// pop up