BİABIRÇILIQ

single-news
2 Yan 2008

BİABIRÇILIQ



 Və ya qırmızıya çevrilməyən sarılar

RUSLAN MƏMMƏDLİ

 

Şənbə günü A seriyasının “Roma” – “Sampdoriya” matçında əsl biabırçılıq yaşandı.Yox bu lap əvvəl baş vermiş biabırçılıqların elə də dəhşətli hadisə deyildi. Əsasən də Blatter FİFA prezidenti seçiləndən sonra futbolun başına elə oyunlar gətirilib ki, (ötən yazımızda bunun bir nümunəsini diqqətinizə çatdırmışdım) İtaliyanın paytaxtında baş verənlər bunun yanında heç nə idi... Amma danışmağa yetərincə əsasımız var və qabaqcadan deyim ki, sizin  üçün çox maraqlı mövzunu müzakirə edəcəm.

Bəli, sözü gedən oyunun 17-ci dəqiqəsində “Sampdoriya”lı Lukkini sarı vərəqə ilə cazalandırıldı. Normal haldır, əlbəttə hakim sarı vərəqə göstərməkdə haqlı idi. 43-cü dəqiqədə isə o hakimin daha bir sərt üzünü gördü: Lukkini ikinci sarı vərəqə ilə cəzalandırıldı.  Elə ən qəribə vəziyyət də bundan sonra yaşandı. Lukkini sanki heç nə olmayıbmış kimi oyuna davam etdi. Hətta italyan rejissorların da kiçik ekrana hakim Cervazoninin böyük başını dəfələrlə yerləşdirməsinə baxmayaraq, bu baş öz işini görmədi. Niyə? Hə, bax bu sual axıradək qaranlıq qaldı...

Sətiraltı: İlk baxışdan düşünmək olardı ki, ola bilsin hakimin cibində qırmızı vərəqə olmayıb. Amma 56-cı dəqiqədə daha bir sampdoriyalı Volpi qırmızı vərəqə alaraq meydandan qovulanda problemin bunda olmadığı açıq-aydın göründü. Bəs nə ola bilərdi?

Bəlkə hakim ikinci sarı vərəqədən sonra qırmızı verilməsini bilmirmiş?! Yox, inanmıram. Ən azından ona görə ki, Volpi məhz ikinci sarı vərəqəni alandan sonra qırmızını aldı və təkcə bu fakt onu deməyə əsas verir ki, referi qaydalarda belə bənd olduğunu bilmirmiş. Onda niyə bu biabırçılıq yaşandı? İndi isə gəlin söhbətimizin düzlü hissəsini bir kənara qoyub, loru dillə desək bir az ağır və ciddi olaq. Doğurda da hakimin hərəkəti futbol adına çox böyük səhv idi və bu oyunda “Sampdoriya” qalib gələcəyi halda hətta oyunun təzdən keçirilməsi kimi arzu olunmaz olaylar da baş verə bilərdi. Və elə bu yerdə qətiyyətlə bildirim ki, fit sahibi həqiqətən də karyerasının ən böyük yalnışlığına yol verdi və bunu heç də bilərəkdən yox, sadəcə işinə etinasızlıqdan yaşadı. Amma nəzərə alsaq ki, hətta molla da hansısa surəni oxuyanda səhvə yol verir onda hakimi asıb-kəsmək lazım deyil. Bəs futbolun belə eybəcər donunu kimin başına keçirək? Əlbəttə, günah birmənalı şəkildə başda oturanlarda axtarılmalıdır. Niyə hakimin də insan olduğu yekə qalstukluların yadından çıxır?

Olmaz ki, referilərin bu cür mümkün ehtiyatsızlığı, hansısa vasitə ilə sığortalansın?! Məsələn baş hakim səhv etmişdisə mütləq ehtiyat hakim bunu qeyd etməli və dərhal ona xəbər etməli idi. Əlbəttə, uzağı bir-iki dəqiqə vaxt alınacaqdı. Amma hansı yaxşıdı; belə biabırçılıq? Dəhşət isə odur ki, heç fasilədən sonra da komandasını kişilikdən üstün tutan Volpiyə güldən ağır söz deyilmədi və yarımmüdafiəçi 90 dəqiqə ərzində meydanda oldu. Gülməlidi, deyilmi? 90 dəqiqə ərzində oyuna təyin olunmuş ekspertlərdən tutmuş hakimlərədək heç kim ƏDALƏTİ TƏMSİL EDƏ BİLMƏDİ. Bəlkə də dünya FİFA rəsmiləri qədər boş sözlər deyən ikinci rəsmi şəxslər tapa bilməzsiz.

Vallah, belə boş-boş təkliflərdənsə oyurub hakimliyin qayğısını çəkmək daha yaxşı olardı. Olmazmı ki, sarı vərəqə göstərdikdən dərhal sonra onu elə vərəqənin arxasına qeyd etmək hər hakimə vacib şərt kimi qoyulsun. Məhz bu boşluğun nəticəsi idi ki, hakim şənbə günü heç bir sarı vərəqəni qeyd etmirdi.

Lap ola bilsin bunu qeyd etsə belə, beyni yatmış olsun səhvə yol versin. Mütləq bunu sığortalaya biləcək hansısa qayda tətbiq olunmalıdı; ya dediyim üsulla, ya da bundan da uyğun formada. Bəli burda söhbət yalnız futbola xeyir verə biləcək qaydadan gedir. Daha Blatterin hər gecə yuxusunu qarışdırmasını və səhər ağzına gələni danışması heç kimə lazım deyil. Bəli, cənablar,başınız belə boşluqlarda sınmalıdı...sözün hər iki mənasında...

P. S Bir alman jurnalistin yazdığından: “Blatter hər gecə 50 yuxu görür, amma bunun 51-i heç nəyə yaramır”.

 

 

Paylaş

// pop up