Bildiriş
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/4595.jpg)
17 Okt 2011
Bildiriş
Azərbaycan premyerliqasının IX turunda baş tutan `Rəvan` - `Qarabağ` oyununda xoşagəlməz hal yaşanmışdır. Oyunun son dəqiqələrində ev sahiblərinin futbolçusu azarkeşlərimizə qarşı nalayiq hərəkət edərək təəssüfümüzə səbəb olmuşdur. Tərəfimizdən dərhal `Rəvan` klubunun rəhbərliyinə edilmiş müraciətdən sonra qarşı tərəf məsələyə həssaslıqla yanaşaraq baş verənlərlə bağlı təəssüflərini ifadə edərək baş verənlərlə bağlı ən qısa zamanda ölçü götürəcəklərini ifadə etmişlər. `Qarabağ` FK `Rəvan` FK rəhbərliyinə məsələyə göstərdiyi həssas münasibətə görə təşəkkürünü bildirir.