Biletlər Sumqayıtda da satışda!

24 Avq 2018
Biletlər Sumqayıtda da satışda!
"Qarabağ"ımızın Avropa Liqasının pley-off mərhələsinin cavab matçında qarşılaşacağı "Şerif"lə oyunun bilet satışı Bakı şəhərinin 3 nöqtəsində davam edir.
Sumqayıt şəhərində yaşayan "Qarabağ" sevərlərin çoxluğunu nəzərə alan klubumuz bu gün saat 19:00-dan etibarən Sumqayıt şəhərində yerləşən "Bazarstore-1"də bilet satışını başladıb.
Qeyd edək ki, bilet satışı Bakıda Respublika stadionun kassalarında, Qarabağ FK fan-şopda (Park Bulvar) və 28 Mall ticarət mərkəzində həyata keçirilir. Bununla yanaşı, azarkeşlərimiz iticket.az saytından onlayn olaraq da biletləri əldə edə bilərlər.