Bir daha `Qarabağ`..
23 Yan 2010
Bir daha `Qarabağ`..
2009-cu il geridə qalsa da, `Qarabağ`ımız titul qazanmaqda davam edir. Arxada buraxdığımız ildə Azərbaycan futbol tarixinə adını qızıl hərflərlə yazdıran `Qarabağ`ımız daha bir mükafatla kolleksiyasını zənginləşdirib. Milli Olmpiya Komitəsinin rəsmi mətbu orqanı olan `OlimpSport` jurnalı 2009-cu ilin ən yaxşılarını seçib. 9 nominasiyada mükafatların təqdim olduğu mərasimdə təbii ki, `Qarabağ`ımız da diqqətdən kənar qalmayıb. Belə ki, klubumuz jurnal əməkdaşlarının Milli Olimpiya Komitəsində apardığı sorğu nəticəsində 2009-cu ilin ən yaxşı komandası seçilib.