Bir əfsanə daha getdi

single-news
29 Okt 2009

Bir əfsanə daha getdi



Daha bir əfsanə yaşıl meydana əlvida dedi. İsveç futboluun ən yaxşısı sayılan Henrik Larson 38 yaşında karyerasına son qoymaq qərarına gəldi. 1988-ci ildə `Helsinqborq`da başladığı karyerasında 56 oyuna 50 qol vurması 1993-cü ildə `Feyenord`a transfer olunmasına səbəb oldu. 1997-ci ildə `Sletik`ə keçən Larsson Şotlandiyada əfsanələşdi. 2004-cü ildə `Barselona`ya keçənə qədər 221 rəsmi oyunda 174 qol vurdu. 154 qolla Şotlandiya çempionatlarının ən sərrastı titulunu özündə saxlayır. Barselonada keçirdiyi iki ildə keçirdiyi 40 oyunda 13 qola imza atsa da, Çempionlar Liqasının qazanıldığı 2005-2006 mövsümündə verdiyi 2 assistlə günə damğasını vurmuşdu.

2006-da yenidən doğma `Helsinqborq`a dönərkən futbolla vidalaşmağı düşünürdü. Lakin, o hələ `Mançester `Yunayted`də də oynamağa imkan tapdı. Nəhayət 38 yaşlı forvard karyerasını bitirdi.

Paylaş

// pop up