BİR GÜNÜN TARİXÇƏSİ. . .

single-news
1 May 2006

BİR GÜNÜN TARİXÇƏSİ. . .



Daha bir istirahət günü də tarixə yazıldı. Bu gün də "Qarabağ" rəhbərliyi komanda ilə birlikdə idi. Bu dəfə daha fərqli məkanda fərqli istirahətlə . . . Baharın gəlməsinə baxmayaraq, hava bu gün öz şıltaqlığı ilə seçildi. Çiskinli hava olmasına baxmayaraq, bu komandanın istirahətinə mane olmayaraq, əksinə daha da rəng qatdı. "Qarabağ" FK Xızı rayonunun yaxınlığına, təbiətin qoynuna səfər etdi. Səfər boyu çətin keçilən dağ yolları maraqlı məqamlarla yaddaşlara yazıldı. Sonda hədəfə çatıldı. Həddən artıq gözəl mənzərə ilə müşayət olunan, yarımadaya bənzər, üç tərəfi su ilə əhatələnmiş bir mənzərə... Bir müddət bu görüntü qarşısında sükutdan sonra, hamı bir yerə toplaşdı. Bu gözəlliyi birlikdə bölüşməyin dadını çıxartdılar. Yaxınlıqda yerləşən tənha ev təbiətin şıltaqlığı qarşısında "Qarabağ"ın dadına çatdı. Bu, nahar yeməyinin məhz həmin evdə keçirilməsi ilə nəticələndi. Elə burada klub üzvləri arasında əyləncəli oyunlar keçirildi. Bəzi futbolçular həyatlarında ilk dəfə ov tüfəngindən atəş açmağın sevincini yaşadılar. Hədəfi dəqiq nişan alanlar isə Klub Vitse Prezidenti Taher Gözel tərəfindən mükafatlandırıldı. Bir qədər sonra, ötən səyahətdə oynanılan oyunun ikinci hissəsi keçirildi. Xatırladaq ki, həmin oyunda aşbaz birinci,futbolçumuz Azər Məmmədov isə ikinciliyə sahib olmuşdur. Bu dəfə isə, Finala aşbazı məğlub edən Asif Əsgərov və yenə də Azər Məmmədov yüksəldi. Futbolçumuz ötən dəfəki təcrübə sayəsində qalib oldu. Bu oyunda da qaliblər Klub Vitse Prezidentinin səxavətindən kənarda qalmadılar... Masa arxasına toplaşanda isə hərə öz fikirlərini bölüşdü. Baş Məşqçi Böyükağa Ağayev bu səyahətin futbolçuları üçün qarşıdakı oyunda əlavə stimula çevriləcəyini bildirdi. Futbolçular isə Başqanlarına təşəkkür etməklə yanaşı qarşıdakı oyuna da öz münasibətlərini bildirdilər. Samir Musayev burada "söz"lə yox, oyunda "qol"la sözünü deyəcəyini bildirdi. Romal Hüseynov isə " "Qarabağ" meydana heç zaman çıxmadığı kimi çıxacaq" deməklə alqışlara layiq görüldü... Maraqlı keçən görüş bütün futbolçuların " daha bir "Qarabağ"lı günü" kimi yaddaşlarına həkk olundu... TƏDBİRDƏN FOTOLAR...
// pop up