Bir məşqlə dəniz kənarında

single-news
26 Yan 2012

Bir məşqlə dəniz kənarında



`Qarabağ`ımız hazırlıqlarını davam etdirir.  Dünən `Ridlə qarşılaşan komandamızın proqramında bugün tək məşq vardı. Məşq yerli vaxtla 11:00-da baş tutdu.  Dünəndən davam edən qeyri-sabit hava şəraiti komandamızı otelin ərazisində yerləşən  balaca meydançada məşq etməyə məcbur etmişdi. Dənizin kənarında baş tutan çalışma daha çox rahatlaşdırıcı funksiya yerinə yetirdi. İsinmə hərəkətlərinin ardından futbolçular qeyri-standard topa  həndbol oynadılar. Sonra 2 qrupa bölünərək mini-futbol oynadılar.
Belə də məşq başa çatdı. Xatırladaq ki, sabah komandamız 18:30-da Rumıniyanın `Vaslui` komandasayla qarşılaşacaq.

Paylaş

// pop up