" Bir ölkənin futbolu gənclər və sadəcə gənclərlə qurtular!"
" Bir ölkənin futbolu gənclər və sadəcə gənclərlə qurtular!"
Hər bir inkişafın təməlində strukturun düzgün qurulması proqresin əhəmiyyətini özündə ehtiva edir. Günü-gündən qloballaşan dünyamızda cəmiyyətin inkişafın tempiylə uzlaşmaq üçün mütləq məqsədəuyğun və planlı şəkildə hərəkət etməli və lazım gəldikdə məqsədlərin üçün zaman eyhtiyacı tələblərinə sinə gəlməlisən. Və unutmaq lazım deyil ki, istənilən sahədə uğur əldə etmək üçün düzgün qurulmuş sistemə ehtiyac vardır. "Qarabağ" Futbol Klubu daim dünyada hakim olan inkişaf tempiylə uzlaşmağa çalışıb.Atdığı hər addımda bu günü deyil, sabahın daim bütün sferalarda uğur gətirəcək, təmsil etdiyi ölkəni ən layiqli şəkildə təmsil ediləcək yola üstünlük verib. Bu məqsədlə kluba nəinki Türkiyədə eyni zamanda Avropada da yetərincə ünə malik olan Rasim Kara kluba texniki direktor vəzifəsinə gətirildi. Rasim Karanın çoxillik təcrübəsinin Azərbaycan futbolunun dünya arenasına inteqrasıyasını gercəkləşdirmək üçün Azərbaycana dəvət edildi. Rasim bəy "Qarabağ"a gəldiyi zaman səsləndirdiyi ilk fikir bu oldu: " Bu ölkənin futbolu gənclər və sadəcə gənclərlə qurtular." Bəli, bu fikir eyni zamanda "Qarabağ" Futbol Klubunun da təməl prinsipidir. Yuxarıda qeyd etdiyimiz kimi, bir sahədə düzgün inkişaf prosesinin qurulması üçün ilk növbədə düzgün bünövrə qurmaqdır. Və Rasim Kara gəlir-gəlməz klub rəhbərliyi ilə ortaq qərar alındı. Klubu gəncləşdirmək və nəticədə sabahın Azərbayacan futbolunda yeni sima yaratmaq. Təsadüfi deyil ki, Rasim Karanın gəlişindən bu günə kluba 30-a (!) yaxın gənc futbolçu dəvət edilib. Hal-hazırda Azərbaycan müxtəlif yaş millilərinə 20-yə (!) qədər futbolçu dəvət edilir. Bu Azərbaycan üçün rekorddur və qürurverici olaydır. Biz sadəcə futbolçu yetişdirmirik və bunun əməli nəticəsi ilə də öyünürük. "Qarabağ" ən aşağı yaş qrup komandaları hal-hazırda ən güclülərdən sayılır. 1-ci dəstədə çıxış edən "Qarabağ-2"- isə ən yaşlı futbolçusunun cəmi 19(!!!) yaşı olmasına baxmayaraq qrupunda liderdir və elitaya ən real namizədlərdən sayılır. Və ən əsası "Qarabağ" komandası gənclərdən qurularaq çempionatda mübarizəsini uğurla davam etdirir. Bu gün başqa komandalardan fərqli olaraq "Qarabağ"ın əsas komandasında 22 nəfər 20 yaş həndəvərində futbolçu məşq edir. Baş məşqçimiz Raim Kara yeri gələndə onlara şans verməkdən çəkinmir. Belə bir hadisə sonuncu, "Turan"la səfər matçında baş verdi. Belə ki, bu cətin görüşdə Rasim Kara cəmi 17(!) olan Osman Umarova qapını qorumağı həvalə etdi. Bu gün dünya elita çempionatlarında 17 yaşında bir qapıçıya şans verilməsi nadirən təsadüf olunur. Lakin göründüyü kimi, "Qarabağ" Azərbaycan gənclərinə etibar etdiyini əyani olaraq sübut edir. Gənc Osman ona olan etimadı yanıltmadı. Bəs görəsən, belə gənc yaşında "Qarabağ" kimi klubun qapısını qorumağa nail olmuş Osman Umarov bu barədə nə düşünür? - Osman, qapını qoruyacağını gözləyirdin? - Sözün düzü, bəli. Çünki, baş məşqçimiz Rasim Kara hər zaman biz gənclərə inandığını bildirirdi. Ona görə bu mənim üçün təəccüblü olmadı. - Amma, etiraf etmək lazımdır ki, 17-yaşlı qapıçının elitanın təmsilçisinin qapısını qoruması balaca iş deyil. - Doğrudur. Buna qədər "Masallı" ilə matçda da əsas heyətdə yer almışdım. O zaman da baş məşqçimiz məndən razı qalmışdı. Yaş məsələsinə gəlincə, mən ümumiyyətlə, komandada hamıdan kiçiyəm. Lakin, qeyd etdiyim kimi, baş məşqçimiz hər zaman mənə inandığını bildirib. Bu oyundan öncə də məşqçimiz mənimlə söhbət etdi. Dedi çıx oyna. Və özünə inan. Təbii ki, bu mənə təsir etməyə bilməzdi. Oyun zamanı bu sözlər beynimdə fırlanaraq məni motivasiya edirdi. - Və matçı çox əla keçirdin... - Nə deyim. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Zənnimcə baş məşqçi məndən razı qaldı. Hər halda oyundan sonra mənə təşəkkür etməsindən belə başa düşdüm. -Komandadan ən cavanın sən olduğunu söylədin. Bu sənə problem yaratmır? -Yox, niyə ki. Komandada yetərincə gənc var. Hər matçda həmyaşıdım olmasa da məndən bir neçə yaş böyük futbolçu mübarizə aparır (gülür). Bizim komandanın əksəriyyətini gənclər təşkil edir. Ona görə də belə bir problemlə qarşılaşmıram. - Bu yaşda "Qarabağ" kimi komandanın qapısını qorumaq sənin üçün nə deməkdir? - Əlbəttə, bundan ancaq qurur duyuram. Komandamızda gənclərə sonsuz inam var. Və inam sonda Azərbaycan futbolunun gələcəyinə çevriləcək. Əlbəttə, biz hələ çox işləməliyik. Bunun üçün komandada hər cür şərait var. İnanıram ki, tezliklə, "Qarabağ" gəncləri nəinki Azərbaycanda eyni zamanda beynəlxalq aləmdə də öz sözlərini deyəcəklər.