BIR QƏLƏBƏ, BİR MƏĞLUBİYYƏT.

single-news
2 Fev 2005

BIR QƏLƏBƏ, BİR MƏĞLUBİYYƏT.



"Qarabağ" Futbol Klubunun Antalyada keçirilən təlim- məşq toplanışı artıq başa çatmaq üzrədir. Yoldaşlıq oyunlarında qüvvəsini sınayan komanda yeni dəvət olunmuş legionerləri baxışdan keçirir. Komandanı komplektləşdirmək üçün bir neçə gündür ki, üç komerunlu - Frensis, Daniel ve Emmanuel və serb Vladimir Roqanoviç baxışdadır. Bundan başqa dörd ukraynalı da komanda ilə məşqlərini davam etdirir. Onlardan biri - Artyom Şubin Gürcüstanın "Torpedo" klubu ilə oyunda qol da vura bilib. 2:1 hesablı komandamızın qələbəsi ilə başa çatan görüşdə digər topu Namiq Həsənov öz aktivinə yazıb. Dünən isə "Qarabağ" daha bir görüşdə qüvvəsini sınayıb. Bu dəfə rəqib Xorvat komandası "Rodniçski" olub. Komanda aşağıdakı start heyəti ilə meydana çıxmışdır: Vitaliy Kovalyov, Mübariz Orucov, Daniel, Vladimir Roqanoviç, Azər Cabbarov, Aslan Kərimov, Denis Sokolovski, Emin İmaməliyev, Anatoliy Ponomaryov, Samir Musayev, Vadim Vasilyev. Bu oyun da çox maraqlı idman mübarizəsi şəraitində keçib. Lakin millidən yenicə qayıtmış oyunçuların yorgun olması, baxışda olan oyunçuların isə onlar üçün yeni olan komandaya hələ alışmaması öz sözünü deyib. Birinci hissədən sonra 0:1 hesab ilə geridə olan "Qarabağ" ikinci hissədə daha iki qol buraxıb. "Qarabağ" Antalyada növbəti sonuncu oyununu fevralın 3-də keçirəcək.

Paylaş