BİR QOL VƏ BİR XAL
BİR QOL VƏ BİR XAL
"Qarabağ" "Turan"la oyuna demək olar ki, experimental heyətlə çıxmışdı. Komandanın baş məşqçisi Rasim Kara Aslan Kərimov, Samir Abbasov və Hakan Demirdən başqa təmamilə gənclərə şans vermişdi. Belə də, qışda komandaya transfer olunan Osman Umarov, İsabala İsrafilov, eyni zamanda gənclər komandasından yetişən Əfran İsmayılov ilk dəfə olaraq rəsmi matçda "Qarabağ"da ilk "on birlik"də yer aldılar. Hücumda isə, sadəcə Vaqif Cavadov qalmışdı.
Oyunun başlanğıcı daha çox meydanın mərkəzində cərəyan edirdi. Tərəflərin cəhdlərinə baxmayaraq təhlükəli qol epizodu yaratmaq mümkün olmurdu. Düzdü, getdikcə "Qarabağ" təşəbbüsü ələ alsa da "Turan"ın müdafiəçiləri səhvsiz oynayırdı. Hissənin ortalarından etibarən qonaqlar hücumlarda çoxalmağa başladı. Lakin, qolu daha çox ev sahiblərinin hədiyyəsi kimi qəbul etmək olar. Oyunun 29-cu dəqiqəsində Hüseyn isgənədrovun yanlış ötürməsi sonunda topu ələ keçirən Elvin Məmmədov topu daha əlverişli mövqedə olan Viktor İbokoyiyə ötürdü. Nigeriyalı isə şansını qaçırmadı. İlk son 15 dəqiqəsində "Qarabağ" bir dəfə qola daha yaxın oldu. O zaman Nodar Məmmədov bir neçə nəfəri keçsə də zərbə vurmaq yerinə ötürmə etməyə üstünlük verdi.
İkinci İsabala İsrafilov və Əfran İsmayılovun müvafiq Kənan Kərimov və Qoqa bereya tərəfindən əvəzlənməsi nəticəsində aktivləşən "Qarabağ" rəqibi təmamilə öz qapısına çəkilməyə məcbur etdi. Bütün hissəni tək qapıya oynamasına baxmayaraq ev sahibləri yalnız bir dəfə fərqlənə bildi. Görüşün bitiminə bir dəqiqə qalmış Vaqif Cavadovun ötürməsindən sonra Kənan Kərimov başla dəqiq zərbə endirdi. 1:1. Son dəqiqələrdə hamılıqla hücum olunsada vaxt azlığı hesabı dəyişməyə qoymadı...