BİRİNCİ DÖVRƏ SONU "QARABAĞ" : RƏQƏMLƏRİN GÖZÜ İLƏ
24 Dek 2004
BİRİNCİ DÖVRƏ SONU "QARABAĞ" : RƏQƏMLƏRİN GÖZÜ İLƏ
* Birinci dövrədə “Qarabağ” FK 13 dəfə qalib gəldi, bir dəfə heç-heçə oynadı, 3 dəfə isə meydanı məğlub kimi tərk etdi.Bununla da birinci dövrəni lider kimi başa vurdu. Top fərqi 43-11 dir.
* Evdə keçirdiyi oyunların 6- da qalib gəlib, 2-də məğlub oldu.Top fərqi 18-8 dir.
* Rəqib meydanında yalnız bir dəfə məğlub olan komandamız(“Neftçi”,0:1), bir dəfə heç-heçə (“Şahdağ”, 0:0) oynayıb, yeddi dəfə qalib gəldi.
* “Qarabağ”da topları aşağıdakı oyunçular aktivlərinə yazdılar: Samir Musayev- 8, Vadim Vasilyev- 8, İsmayıl Məmmədov- 3, Emin İmaməliyev- 2, Aqslan Kərimov- 2, Ruslan Musayev- 2, Anatoliy Ponomaryov- 2, Aqil Məmmədov- 2, Namiq Həsənov-1, Vüqar Nadirov- 1, Samir Abbasov- 1, Azər Cabbarov- 1, Mehman Yunusov- 1.
* Çempionatda, yalnız bir oyununda - “Karat”- “Qarabağ” oyununda komandamızın 3:2 hesablı qələbəsi AFFA tərəfindən sonradan ləğv olunub, 0:3 hesabı ilə “Karat”a texniki məğlubiyyət verildi.Buna görə də həmin oyunda vurulmuş üç top heç bir oyunçunun adına yazılmadı.
* Çempionatda ən çox vurulmuş top sayı “Qarabağ”a məxsusdur: 37 top. İkinci və üçüncü yerləri bu göstərici üzrə, müvafiq olaraq, “Karvan”(34) və “Bakı”(31) tutur.
* “Qarabağ” birinci dövrədə ən böyük qələbəni birinci turda “Şəfa” üzərində əldə edib:5:1.Bundan başqa “MOİK”, “Ədliyyə” və “Bakılı”ilə oyunlar 3:0 – böyükhüsablı qələbə ilə başa çatıb. Məğlub olduğu üç oyunun hamısında isə bir top fərqi qeydə alınıb.
Yalnız bir matçda- “Göyəzən”lə oyunda qapısından iki top buraxıb ki, bunun da müqabilində dörd top vurub, oyunu qələbə ilə başa çatdırıb.
* Birinci dövrədə “Qarabağ” üç legioner heyətinə qatıb.Bunlardan ikisi V.Tulyantsev və Engin Özmen artıq komandada debüt edib. Mustafa Coşqun isə, dövrə sonu komandaya dəvət olunduğu üçün, hələ komandada debüt etməyib.