BİZ MÜTLƏQ QOVUŞACAĞIQ (FUTBOL+QOL,07.07.2005)
7 İyl 2005
BİZ MÜTLƏQ QOVUŞACAĞIQ (FUTBOL+QOL,07.07.2005)
Gör bir ayrılığın üstündən nə qədər vaxt keçib.Bilirəm gözlərin yoldadır. Mən də gözləyirəm. .. Amma nədənsə heç kim sənin haqqında mənim qədər düşünmür. Ya da səni düşünənlərin başları tam başqa işlərə qarışıb...
Səni indi yalnız şəkillərlə xatırlayıram, bir də ara-sıra gördüyüm yuxularla... Dünən gecə yenə yuxuma gəlmişdin. Əvvəlki gözəlliyindən heç bir şey əksilməyib. Amma hiss etdim ki, inciksən. Haqqın var. Səni ucaltmaq üçün, adını bütün cahana duyurmaq üçün hamımız çalışmırıq. Halbuki sən hamımızın gözbəbəyisən.
Gözəlliyinə görə hamının diqqət mərkəzində olmusan. Sənə göz dikənlər də, dəyərini bilməyənlər də çox olub. Ancaq sən bizim olmusan və bundan sonra da bizim qalacaqsan.
Gözəl Qarabağım, bilirəm indi məndən uzaqda çox məşəqqətlər çəkirsən. Gözün yaşlıdır, elə bizim bir çoxumuz kimi... Bir bilsən sənin adını daşıyan klubun halı indi necədir. Sən düşmən tapdağı altında inildəyərkən, təmsilçin başsız qalıb. Üstəlik bu il çempionatdakı çıxışı ilə də bir çox tərəfdarını itirdi. Builki avrokubok oyunlarında sənin adına rast gələ bilməyəcəyik "Qarabağ"... Sənin haqqında çoxları iftiralar söylədi, səni satqınlıqda suçladı. Amma bu xəbərləri heç kim təstiq edə bilmədi. Görəsən səni doğrudan da satmışdılar? İnanmıram.Dedilər guya rəhbərlik gələn ildən etibarən sənin elitada çıxış etməyin üçün də heç bir iş görməyəcək. Dedilər guya layiq olmadığın irinci dəstədə mübarizə aparacaqsan. Yenə inanmadım. ÇÜNKİ NƏ PREZİDENTİNİN, NƏ DƏ TƏRƏFDARLARININ BUNA RAZILIQ VERMƏYƏCƏYİNDƏN ƏMİNƏM.
"Qarabağ" haqda ötən saylarımızda xeyli yazdıq. Bu klubun təcili bir şəkildə "sükanı" güvənilir insana tapşırlımalıdır dedik, amma qarşı tərəfdən heç bir tərpəniş olmadı. Guya bu günlərdə yeni çalışdırıcınin adı açıqlanmalı idiş Amma bu yenə baş vermədi.Deyilənə görə Türkiyədə olan rəhbərlik bir sıra məşqçi ilə danışıqlar aparıb. Ancaq bir nəticə hasil olmayıb. Axı kim sıfırdan yeni heyət qurmağa razı ola bilər? İkinci variant kimi yerli mütəxəssislər nəzərdən keçirilir. ....
.... Bu yaxınlarda biz yenə qovuşacağıq Qarabağım. Mütləq qovuşacağıq!