BİZ OYNADIQ, ONLAR QALİB GƏLDİLƏR ! ! !

single-news
13 Avq 2005

BİZ OYNADIQ, ONLAR QALİB GƏLDİLƏR ! ! !



Matç öncəsi hər iki komandanın kapitanları XIV Mİlli Çempionatın başlanması münasibətilə Azərbaycan Himninin sədaları altında üçrəngli Bayrağımızı qaldırdılar. Matça "Turan" başladı. 2-ci dəqiqədə Azər Cabbarovun 20 metrlik məsafədən zərbəsini qapıçı tutdu. 5-ci dəqiqədə Mübariz Orucovun asması qapıya yönəldiyindən təhlükəli alındı. Buna cavab isə özünü çox gözlətmədi. 15-ci dəqiqədə cərimə meydançasında topu qəbul edən J.Demevo özündən uzaq küncə topu yönəltdi: 1:0. Bundan sonra matç daha da gərgin xarakter aldı.20-ci dəqiqədə Denis Sokolovskinin zərbəsi qapı tirinin yanından keçdi. 22-ci dəqiqədə Ayxan Abbasov Kovalyovla təkbətək qalmasına son anda Vasif Haqverdiyev yol vermədi. 26-cı dəqiqədə Azər Cabbarovun meydanın mərkəzindən drimlinqi sonda zərbə ilə başa çatdı. Amma E.Poladov mükəmməl tullanışla qola imkan vermədi. 28-ci dəqiqədə isə Aslan Kərimov hakimin qərarına razılaşmadığına görə sarı vərəqə aldı. Buna qədər isə Denis hakimin bu "hədiyyə"si ilə mükafatlandırılmışdı. 32 dəqiqədə Denisin ötürməsini Müşfiq Hüseynov zərbə ilə tamamladı. İlk hissəin son dəqiqəsində isə "Qarabağ" istəyinə çatdı. Hava ötürməsindən sonra topa yiyələnən yeni transferimiz Sergey Kravçenko rəqibin iki müdafiəçisini mükəmməl keçərək 22-25 metrəlik məsafədən qarşısı alınmaz zərbə ilə hesabı bərabərləşdirdi: 1-1. İkinci hissədə meydan sahiblərinin qol vurmaq istəyi onların tez-tez top itirməsinə səbəb olurdu ki, bu da "Qarabağ"a hesabı öz xeyirlərinə dəyişməsinə gətirib çıxarırdı. Lakin son da əks hücumlar qol vurmaq qədər kəsərli alınmırdı. Yanlardan Azər, Mübariz, Mərkəzdən Denis, Aslanın cəhdləri nəticəsiz qalırdı. Əvəzində hakim özünü komandamıza qarşı qərəzdə bariz biruzə verirdi. Bizim oyunçulara qarşı sarı kartları "səpələyən" hakim,hətta Asen Nikolovun futbolçumuzu bilərəkdən yumpuqla vurmasına da göz yummağı bacardı. Çünki... Hətta hakimin canfəşanlığı o yerə çatmışdı ki, o da meydanda 12-ci futbolçuya çevrilmişdi. 80-ci dəqiqələr gedərkən heç bir səbəbsiz cərimə xəttinin üzərində cərimə zərbəsi qapımıza təyin etdi. Bu zərbə nəticəsiz alınanda isə, matçın vaxtına 5 dəqiqə əlavə etdi. Halbuki 4-cü hakim lövhəni gostərəndə vaxtdan artıq keçmişdi. HAKİM VAXTI İLƏ son dəqiqədə isə Vasif Haqverdiyev topla olan Asen Nikolovun 20 metrədən zərbə vuracağını düşünüb ona arxasını çevirdi. Bu anda Asen bilərəkdən yerə yıxıldı. Bu hakimə kifayət idi ki, ikinci topu "qapımıza vursun" ! Sərlövhədə yazdığımızı yada salaq: biz - futbolçular oynadıq, onlar - ... qalib gəldilər. Afərin sizə.... ... "Qarabağ" bu oyunu ilə Tovuzda "Turan" azarkeşləri arasında da alqışa layıq görüldü. Onlar da qısa zaman kəsiyində "Qarabağ"ın əzəmətini itirmədiyinin şahidi oldular. Amma heyiflər olsun ki ...

Paylaş