BİZ OYNADIQ, ONLAR QAZANDILAR . . .

single-news
1 Apr 2006

BİZ OYNADIQ, ONLAR QAZANDILAR . . .



Oyun qarşılıqlı hücumlarla başladı. İlk dəqiqələrdən irəli atılan "Qarabağ" ilk qol vəziyyətini 12-ci dəqiqədə yaratdı. Lakin Mübariz Orucovun cərimə meydançasından zərbəsi qapıdan azacıq aralı keçdi. 14-cü dəqiqədə hücumçumuz Egidius Yuşka zədələndiyindən məcburi olaraq o Namiq Yusifovla əvəzləndi. Matçın 32-ci dəqiqəsində məhz onun asmasında sonra cərimə meydançasında yararmış qarışıqlığı müdafiəçilər çətinliklə aradan qaldıra bildilər... İkinci hissə başlanan kimi hesab açıla bilərdi. Lakin Martyoşkinin səhvindən sonra Fəriq Quliyev 100%-lik qol vəziyyətindən yararlana bilmədi. Bunun cavabı olaraq meydan sahibləri əks hücumda hesabı açdılar. Qapıçının irəli çıxdığını görən Alim Qurbanov 20 metrlik məsafədən topu 9-luğa göndərdi. Bundan sonra irəli atılan "Qarabağ" daha bir dəfə əks hücumda yaxalandı ki, bu da oyunun nəticəsini rəsmiləşdirdi...

Paylaş