BİZ POLŞAYA UDUZDUQMU?
BİZ POLŞAYA UDUZDUQMU?
NURLAN ƏZİZ
Əslində, dünyanın hər yerində belədir. Özüdə təkcə idman sahəsində deyil siyasətdən tutmuş şou-biznesə kimi nəticəsiz halında daim baltalanma (ağına-bozuna baxmadan), başarı halında isə ən uca dağın başına qaldırlıb qoyulma təfəkkür və mentalitetdən asılı olmayaraq bütün xalqların güzgüsüdür. Tənqidlə təhqir arasında bir limitin olub-olmaması heç kimin vecinə olmayıb və olmayacaqda. Heç inanmıram ki, qiyamət qədər bu münasibət dəyişsin.
... Martda Finlandiyanı udana qədər Azərbaycan millisinin baş məşqçisi Şahin Diniyev bu yanaşmadan artıqlamasıyla payını aldı. Müstəqillik tariximizdə ən böyük təzyiq dalğası ilə üz-üzə qalan Şahin bəy “suomi”ləri məğlub etməklə bir anda qəhərəman elan edildi. Getdikcə, iddiaların artması sonunda Diniyev və Aəzrbaycan millisindən daha çox şeyləri gözləməyə başladılar. Amma, heç kimin qəhraman edilənlərin dünənə qədər heş kimin inanmadığı futbolçular olduğunu undurdu.
...Polşa ilə oyunda millimiz hesabı açdıqdan sonra azarkeşlər arasında əməlli başlı eyforiya yaranmışdı. Hətta, Polyaklardan intiqam anının yetişdiyini düşünənlər də vardı. Heyhat! Artıq, bizimkiləri Braziliyalılarla, İtaliyanlanlarla müqayisə edidilər. Futbolçularımız şəninə ən yüksək komplimentlər edilirdi.
Lakin, ikinci yarıda gözlənilənlər baş verdi. Polşalılar səviyyəsini ortaya qoyaraq matçı öz lehinə çevirə bildilər. Amma, yəqin heç kimin nəzərindən qaçmadı ki, slavyanlar matçına sonuna qədər “it”in zülmünə çəkdilər...
Bu matçdan sonra kimisə, üzüldü, kimisə sevindi. Yenidən, ilk yarıda futbolçuları tərifləyən ikinci yarıda isə söyənlərlə işim yoxdu. Amma, mən ona sevinirdim ki, bizim kilər artıq müqavimət göstərdilər. Artıq meydanda müti olmadığımızı sübut edə bilmişdik. Amma, bir şeyə çox üzüldüm ki..
.. Həmkarlarımla oyunun müzakirəsində, bizimkilərin mübarizə ruhundan və sona qədər döyüşməsindən razı qaldığımı amma bizim yorub əldən saldığımız Polşalıların ermənilərə xal və xallar verəcəyimizi bildirdim. Heç kimə mənə inanmadı. Lakin heç kimə sübut edə bilmədim ki, biz ermənilərə 3 xal bəxş etdik...
İndi hər kəs qorxuya düşüb. Mənfur dığaların son 2 görüşdən qələbə ayrılmasına görə bizimkilərin sentyabrda baş tutacaq görüşdə düşmənlərimizə boyun əyəcəyi fikri formalaşıb. Amma qəti bildirirəm. Əsla! Biz onlardan heç də zəif deyilik. Elə Polşayala oynadığımız oyunu oynasaq (ermənilər polyaklarla mücadiləsini sərgiləsək belə) dığaları rahatlıqla boyun əydirəcəyik. Heç taktiki yönləri kənara qoysaq belə, komandanını özündə formalaşmış daxili ruh ilə belə erməniləri məğlub edəcəyik. Həm də futbolçular bu görüşlərdə qələbə çalmağa başqa amilə görə də məhkumdurlar. Millət, vətən məfhumlarından başqa futbolçular Şahin Diniyev üçün mübarizə aparmalıdır. O Şahin Diniyev ki, bütün təzyiqlərə baxmayarq, milliyə inandığı futbolçuları çağırdı. Vəhəmin futboçular son ana qədər onları bütün zillətdən qoruyan baş məqçilərini qoruyaraq vəfa borclarını ödəmək məcburiyyətindədirlər. Əks halda...