Biz səni sevmirik, biz səninlə sevinirik..

single-news
24 May 2011

Biz səni sevmirik, biz səninlə sevinirik..



Həyatda ən çətin şey ən asan görünən, daim səninlə olan, fərqində olduğunu sözlərlə ifadə edə bilməməkdir.  Hər bir insan dünyaya bəlli bir missiyaya gəlir. Bioloji funksiya bütün əhli-cahanı birləşdirsə də, bəni-adəmin ictimai məsuluyyəti onun fərqini müəyyənləşdirir...

Bəlkə də, bu yazı mənim ən çətin qələm nümunəmdir. Çünki, böyük bir camiənin parçası olmaq və onun duyğularını ifadə etmək asan görünəni  ifadə etməyi daha çətinləşdirir ...Çünki, haqqında yazacağım şəxsin də fərqliliyi seçilənlərdən olmasıdır.

Bəzən elə anlar olur ki, o zaman tərəfli-tərəfsiz hər kəs duyğuların cövlanında , xislətinin ən dərin qatlarında belə təbüssüm işartıları ətrafa yayılır.

Bu gün məhz elə günlərdən biridir. Bu gün, `Qarabağ` Futbol Klubunun direktoru Işık Emrah Çelikelin 35-ci doğum günüdür. 35 yaşlı 60 illik `Qarabağ` ailəsinin direktoru. Əslində, o bilsəydiki bəndəniz bu yazını qələmə alacaq qəti sürətdə əleyhinə olardı....Tam səmimi olaraq...

O, nə qədər təvözakarlıq etsə də `Qarabağ` ailəsi öz yaşı kiçik, özü böyük `Abi`sinin bu kiçik yubileyinə biganə qala bilməzdi...

Onu ilk tanıdığım gündən 5 il keçir. Və bu 5 ildə onu yaxından tanıyanların hamısı bir insanı tanıyır.  O, özü kimidir.  Onu tanımaq ona inanmaq deməkdir.

O, kiçiklərlə, böyüklərlə də böyük hörmətini duyduracaq qədər böyükdür. `Qarabağ`ın uğurlarının pərdə arxası deyil,  birbaşa qəhrəmanıdır. `Qarabağ`  üçün etdiyi fədakarlıqlar uğuların açarıdır. O seçir, o, inanır, o, qoruyur, o, dəstək verir, o, tək buraxmır. O, tarix yazan `Qarabağ` üçün açılan çığırın memarıdır. O, `Qarabağ` üçün bütün təzyiqlərə tək sinə gəlməklə, nə qədər çətin olsa da ağır məsuliyyəti tək başına daşımaqdan çəkinmir.

O, bir insanı sevdisə sevgisini gizlətmir, inandısa inamıyla qanad verir. Əslində, onun inamını və sevgisini qazanmaq çox asandır. Sadəcə olduğun kimi ol yetər. Olduğun kimi olmaq isə onun kimi olmağın fərqini göstərir.

O, hər kəsin dostudur. Futbolçudan sürücüyə qədər. Qapısını döyən hər bir kəs mütləq onu sona kimi dinləyən, onun dərdinə şərik olan və onun üçün daha artığını etməyə hazır olan birisini varlığını hər zaman bilir.

O, hər kəsdən biridir. Böyük ailə sevgisiylə ülvi dəyərlərin toplusudur. Sevgi və ehtiramıyla örnəkdən daha çox utandıracaq övlad nümunəsidir.

O, olduğu kimidir. Bir qalstukun boyunduruğuna sığmayan ruhu kimi, insanlara sadəliyin  böyüklüyünü göstərən rəhbərdir.

O, doğum gününü `Qarabağ`ın qələbə qazanmasında gizlədən şəxsiyyətdir.

O,  sadəcə Əmrah Çelikeldir.  Hər şeyə diqqətli,  həssas amma hissləriylə hiss etdirən dərəcədə həssasdır.

O, bizim `Abi`mizdir. Yaşından asılı olmayaraq hamımızın.    O, bizim `Abi-müdir`imizdir.  `Canım` xitabıyla doğmalaşdıran, təvözakar, 35 yaşlı daim gənc `ağsaqqal`ımız...

Yaxşıki varsan. Biz səni sevmirik. Biz səninlə sevinirik..

Hələ yolun başındayıq. `İmarət`də `Qarabağ` Çempionlar Liqasında sevimli `Qalatasaray`ını məğlub edəndə də sən yenə də `Abi-müdir`imiz kimi sevinəcəksən..

Buz buna inanırıq.Sənə  inandığımız kimi...

Sağ ol ki, varsan...

Ad günün mübarək...

 

Nurlan Əziz

`Qarabağ` ailəsi adından...

Paylaş

// pop up